İngiltərə Superkuboku sahibini tapdı
Daha çox “Community Shield” adı ilə tanınan İngiltərə Superkubokunun yeni sahibi müəyyənləşib.
Lent.az-ın məlumatına görə, İngiltərə kubokunun qalibi “Mançester Yunayted” ölkə çempionu “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib.
Avqustun 8-də “Uembli” stadionunda keçirilmiş qarşılaşmada “qırmızı şeytanlar”dan Antonio Valensiya, Xavyer Ernandes və Dimitar Berbatov, “zadəganlar”dan isə Salomon Kalu fərqlənib.
Bununla da “Mançester Yunayted” klubu tarixində 18-ci dəfə İngiltərə Superkubokunu qazanıb. Sonuncu dəfə baş məşqçi Aleks Ferqyusonun komandası bu kuboku 2008-ci ildə başı üzərinə qaldırıb. Ötən il isə “qırmızı şeytanlar” penaltilər seriyasında məhz “Çelsi”yə uduzub.

547