Futbolçu 23 yaşında öldü
09 avqust 2010 11:00 (UTC +04:00)

Futbolçu 23 yaşında öldü

Latviyanın “Dauqava” klubunun futbolçusu Maksim Deniseviç 23 yaşında dünyasını dəyişib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də baş vermiş hadisənin səbəbləri məlum deyil.

Latviya Futbol Federasiyasının rəsmi saytında oyunçunun suda boğulduğu bildirilir. Lakin hadisənin detalları açıqlanmır.

Qeyd edək ki, Maksim Deniseviç 2010-cu ildə Latviya çempionatında cəmi 3 oyuna çıxıb. Ümumilikdə isə müdafiəçi 37 görüşdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1273

Oxşar yazılar