FİSA-nın rəsmi saytı Azərbaycandan yazıb
Çexiyanın Raçitse şəhərində keçirilmiş 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan milli komandasının əldə etdiyi tarixi nəticə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) da nəzərindən yayınmayıb.
Lent.az-ın məlumatına görə, bu haqda FİSA-nın rəsmi saytında (www.worldrowing.com) yerləşdirilən “Historic moments in A-finals at junior championships” (“Yeniyetmələrin çempionatında A finallarında tarixi anlar”) başlıqlı yazıda bəhs olunub.
Yazıda yeniyetmələr arasında dünya çempionatında İsveçrənin son 16 ildə, ABŞ-ın isə son 36 ildə oğlanların mübarizəsində ilk medalını qazandığı vurğulanıb. Bununla yanaşı, Azərbaycanın yeniyetmələr arasında dünya çempionatları tarixində ilk medalını əldə etdiyi qeyd olunub: “Final yürüşündə finişə 100 metr qalmış Almaniya birinciliyini əldən verib. Əvəzində Yunanıstan birinci olub. Azərbaycan isə bir göz qırpımında Fransanı geridə qoyub. Almaniya gümüş medal qazanıb. Azərbaycan isə yeniyetmələr arasında ilk medalını əldə edib. Aleksandr Qlotov və Radoslav Drenovski medal qazanan ilk azərbaycanlılar olublar”.
FİSA-nın rəsmi saytı 2 nəfərlik sükansız (təkavarlı) qayıqla mübarizədə bürünc medal qazanmış Radoslav Drenovski ilə Aleksandr Qlotovun fikirlərinə də yer ayırıb:
Radoslav Drenovski: “Bu, çox çətin yürüş oldu. Məncə, finişə Son 200 metr qalmış gümüş medalı əldən verdik. Bununla belə, bürünc medal da fantastik nəticədir”.
Aleksandr Qlotov: “Son dərəcə gözəl uğurdur. Bu, mənim yeniyetmələr arasında 3-cü dünya çempionatımdır. Nəhayət, medal qazandım. Bu, həm də yeniyetmələr arasında dünya çempionatında akademik avarçəkmə növündə ölkəmin ilk medalıdır”.
Qeyd edək ki, 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Radoslav Drenovski – Aleksandr Qlotov dueti bürünc medal əldə edib. Toni Boteva isə 6-cı yeri tutub.

680