Berti Foqts zədəli futbolçunu yığmaya çağırdı
09 avqust 2010 10:00 (UTC +04:00)

Berti Foqts zədəli futbolçunu yığmaya çağırdı

Futbol üzrə Azərbaycan milli komandasının Küveyt yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.


Lent.az-ın məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts avqustun 11-də keçiriləcək oyuna 22 futbolçu çağırıb.

Onların arasında “Neftçi” ilə Unibank Premyer Liqasının ilk turunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov da var.


Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər Lənkəran”), Səlahət Ağayev (“İnter”)


Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Samir Abasov (hər üçü “Qarabağ”), Volodimir Levin (“İnter”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Anji”, Rusiya)


Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov (hər üçü “Qarabağ”), Amit Quluzadə, Ruslan Əmircanov, Cavid Hüseynov (hər üçü “Neftçi”), Aleksandr Çertoqanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)


Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Fərid Quliyev (“Neftçi”), Vaqif Cavadov (“Tvente”, Hollandiya).

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Küveyt matçı saat 21:00-da başlanacaq.
# 430

Oxşar yazılar