Azərbaycanın rəqibi “Qarabağ”ın rəqibinin oyunçusuna dəvət göndərdi
07 avqust 2010 11:00 (UTC +04:00)

Azərbaycanın rəqibi “Qarabağ”ın rəqibinin oyunçusuna dəvət göndərdi

Türkiyə milli komandasının avqustun 11-də Rumıniya yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə çağırılan futbolçuların adları açıqlanıb.



Lent.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qus Hiddink “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşmaya 23 oyunçu dəvət edib.


Onların 16-sı yerli, 7-si isə əcnəbi klublarda çıxış edi. Legionerlər arasında “Qarabağ”ın Avropa Liqasının “pley-off” mərhələsindəki rəqibi Almaniyanın Dortmund “Borussiya”sında çıxış edən Nuri Şahin də var:

Qapıçılar: Volkan Dəmirəl (“Fənərbağça”), Hakan Arıkan (“Beşiktaş”), Onur Rəcəb Kıvrak (“Trabzonspor”)

Müdafiəçilər: Gökhan Gönül (“Fənərbağça”), Səbri Sarıoğlu, Gökhan Zan, Sərvət Çətin, Hakan Kadir Balta (“Qalatasaray”), İsmail Köybaşı (“Beşiktaş”), İbrahim Kaş (“Xetafe”, İspaniya)

Yarımmüdafiəçilər: Səlcuk Şahin, Əmrə Belözoğlu, Kazım Kazım (“Fənərbağça”), Arda Turan (“Qalatasaray”), Ozan İpək (“Bursaspor”), Nuri Şahin (“Borussiya” Dortmund, Almaniya), Həmid Altıntop (“Bavariya”, Almaniya), Mehmet Aurelio (“Betis”, İspaniya)

Hücumçular: Sərcan Yıldırım (“Bursaspor”), Nihat Qəhvəci (“Beşiktaş”), Xəlil Altıntop (“Ayntraxt” Frankfurt, Almaniya), Tuncay Şanlı (“Stok Siti”, İngiltərə), Mevlüt Ərdinc
(PSJ, Fransa).
Bakı vaxtı ilə saat 23:15-də başlanacaq oyunu serbiyalı baş hakim Milorad Maziç idarə edəcək.

Qeyd edək ki, Türkiyə millisi Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar