Unibank Premyer Liqası: Açılış oyunu Ceyhun Haşımova tapşırıldı
06 avqust 2010 10:45 (UTC +04:00)

Unibank Premyer Liqası: Açılış oyunu Ceyhun Haşımova tapşırıldı

Avqustun 7-də start götürəcək futbol üzrə Unibank Premyer Liqasında ilk turun oyunlarının hakimləri açıqlanıb.


Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər stadionunda eyniadlı klubla Zaqatalanın “Simurq” komandaları arasında keçiriləcək açılış oyununa Ceyhun Haşımov təyinat alıb.


7 avqust (şənbə)

18:00. “Gəncə” – “Simurq”
Hakimlər: Haşımov Ceyhun, Musayev Vaqif, Abdullayev Munis, Fərhadov Teymur
Gəncə şəhər stadionu

20:00. “Xəzər-Lənkəran” – “Qəbələ”
Hakimlər: Əliyev Vüsal, Əsgərov Azər, Nağıbəyov Eldar, İbrahimov Əmrah
Lənkəran şəhər mərkəzi stadionu

20:00. “Bakı” – AZAL
Hakimlər: Məmmədov Elçin, Mahmudov Mehman, Məmmədov Orxan, Ağayev Hacıəli
Tofiq Bəhramov adına Respublika stadionu


8 avqust (bazar)

18:00. “Turan” – “İnter”
Hakimlər: Muradov Elnur, Musatkin Aleksandr, Hacıyev Samir, Diniyev Ramil
Tovuz şəhər stadionu

18:00. MOİK – “Muğan”
Hakimlər: Həsənov Rəhim, Əsədov Ramiz, Haşımov Mübariz, Cabbarov Rauf
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Yusifov Fariz, Vasilyev Roman, Əliyev İlham, Əsgərov Elvin
Tofiq Bəhramov adına Respublika stadionu.
# 427

Oxşar yazılar