Azad Rəhimov: ““Qarabağ” “Barselona” kimi oynayır”
06 avqust 2010 10:15 (UTC +04:00)

Azad Rəhimov: ““Qarabağ” “Barselona” kimi oynayır”

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın III təsnifat mərhələsində Polşanın “Visla” komandası üzərində qələbəsi haqda danışıb.



Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında baş məşqçi Qurban Qurbanovun komandasını oyun üslubu baxımından İspaniyanın “Barselona” klubuna bənzədib.


““Qarabağ” “Barselona” kimi oynayır” deyən A.Rəhimov komandamızın “pley-off” mərhələsində güclü rəqiblərlə qarşılaşmasını arzulamadığını bildirib: “Bilirəm ki, “Qarabağ” Türkiyənin 3 “nəhəng”i və ya Britaniya klubları ilə üz-üzə gələ bilər. Amma mən komandamızın güclü rəqiblərlə indi yox, qrup mərhələsində qarşılaşmasını istərdim”.


Qeyd edək ki, “Qarabağ”ın “pley-off” mərhələsindəki rəqibi Bakı vaxtı ilə saat 16:30-da atılacaq püşk nəticəsində müəyyənləşəcək.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar