Avropa Liqası: “Beşiktaş” və “Qalatasaray” pley-off”a darmadağınla yüksəldi
06 avqust 2010 10:00 (UTC +04:00)

Avropa Liqası: “Beşiktaş” və “Qalatasaray” pley-off”a darmadağınla yüksəldi

Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri keçirilib.


Lent.az-ın məlumatına görə, adını “pley-off” mərhələsinə yazdıran komandalar arasında Azərbaycan təmsilçisi “Qarabağ”dan əlavə, Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klubları da var.


“Beşiktaş” Çexiyanın “Viktoriya” (Plzen), “Qalatasaray” isə Serbiyanın OFK komandalarını böyük hesabla yenib. “Qartallar” səfərdə 1:1 hesablı heç-heçə etdikləri “Viktoriya”nı “İnönü” stadionunda darmadağın ediblər - 3:0. 31-ci dəqiqədə Yakub Navratilin meydançadan qovulmasından sonra çexiyalılar 10 nəfərlə qalıblar. Say üstünlüyündən yararlanan Türkiyə təmsilçisi Rikardo Kuarejma (dəq.38), Matias Delqado (dəq.57) və Filip Qoloşkonun (dəq.71) qolları ilə yekun nəticəni təmin edib.


“Aslanlar” isə öz meydançasında 2:2 hesablı heç-heçə etdikləri OFK-nı Serbiyada məyus edib – 5:1. Mustafa Sarp (dəq.12), Harri Kyuell (dəq.22; 57-penalti ilə), Arda Turan (dəq.71) və Mehmet Batdalın (dəq.81) qollarına meydan sahibləri Danilo Nikoliçin (dəq.32) qolu ilə cavab verib.


“Rapid” (Vyana, Avstriya) – “Beroe Stara-Zaqora” (Bolqarıstan) – 3:0
İlk oyun – 1:1


“Teteks” (Makedoniya) – “Elfsborq” (İsveç) – 1:2
İlk oyun – 0:5


OFK (Serbiya) – “Qalatasaray” (Türkiyə) – 1:5
İlk oyun – 2:2


“Banik” (Çexiya) – “Dnepr” (Mogilyov, Belarus) – 1:2
İlk oyun – 0:1


“Zestaponi” (Gürcüstan) – “Karpatı” (Ukrayna) – 0:1
İlk oyun – 0:1

“Dinamo” (Minsk, Belarus) – “Makkabi” (Hayfa, İsrail) – 3:1
İlk oyun – 0:1

“Dinamo” (Tbilisi, Gürcüstan) – “Şturm” (Avstriya) – 1:1
İlk oyun – 0:2

“Anortosis” (Kipr) – “Serkl” (Belçika) – 3:1
İlk oyun – 0:1

“Apollon” (Kipr) – “Sibir” (Rusiya) – 2:1
İlk oyun – 0:1

“Göteborq” (İsveç) – AZ (Hollandiya) – 1:0
İlk oyun – 0:2

“Dnepr” (Dneprepetrovsk, Ukrayna) – “Spartak” (Zlatibor-Voda, Serbiya) – 2:0
İlk oyun – 1:2

“Timişoara” (Rumıniya) – MÜPA (Finlandiya) – 3:3
İlk oyun – 2:1

“Brondbü” (Danimarka) – “Buduçnost” (Çernoqoriya) – 1:0
İlk oyun – 2:1

“Lozanna-Sport” (İsveçrə) – “Randers” (Danimarka) – 1:1
İlk oyun – 2:2

“Lütsern” (İsveçrə) – “Utrext” (Hollandiya) – 1:3
İlk oyun – 0:1

“Levski” (Bolqarıstan) – “Kalmar” (İsveç) – 5:2
İlk oyun – 1:1

“Aris” (Yunanıstan) – “Yagelloniya” (Polşa) – 2:2
İlk oyun – 2:1

“Genk” (Belçika) – “İnter” (Turku, Finlandiya) – 3:2
İlk oyun – 5:1

“Beşiktaş” (Türkiyə) – “Viktoriya” (Plzen, Çexiya) – 3:0
İlk oyun – 1:1

“Makkabi” (Təl-Əviv, İsrail) – “Olimpiakos” (Yunanıstan) – 1:0
İlk oyun – 1:2

“Yablonets” (Çexiya) – APOEL (Kipr) – 1:3
İlk oyun – 0:1

“Banqor Siti” (Uels) – “Maritimu” (Portuqaliya) – 1:2
İlk oyun – 2:8

“Slovan” (Bratislava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya) – 1:1
İlk oyun – 2:1

“Austriya” (Vyana, Avstriya) – “Rux” (Xojuv, Polşa) – 3:0
İlk oyun – 3:1

“Ştutqart” (Almaniya) – “Mölde” (Norveç) – 2:2
İlk oyun – 3:2

“Hayduk” (Xorvatiya) – “Dinamo” (Buxarest, Rumıniya) – 3:0
İlk oyun – 1:3

“Liverpul” (İngiltərə) – “Rabotniçki” (Makedoniya) – 2:0
İlk oyun – 2:0

“Kliftonvill” (Şimali İrlandiya) – MOİK (Sofiya, Bolqarıstan) – 1:2
İlk oyun – 0:3

“Yuventus” (İtaliya) – “Şemrok Rovers” (İrlandiya) – 1:0
İlk oyun – 2:0

“Hibernian” (Şotlandiya) – “Maribor” (Sloveniya) – 2:3
İlk oyun – 0:3

“Monpelye” (Fransa) – “Dyor” (Macarıstan) – 0:1 (penaltilərlə - 4:3)
İlk oyun – 1:0

“Mazervell” (Şotlandiya) – “Olesunn” (Norveç) – 3:0
İlk oyun – 1:1

“Zrinski” (Bosniya və Herseqovina) – “Odense” (Danimarka) – 0:0
İlk oyun – 3:5

“Sportinq” (Portuqaliya) – “Nordşelland” (Danimarka) – 2:1
İlk oyun – 1:0.


İyulun 6-da Bakı vaxtı ilə saat 16:30-da atılacaq püşk nəticəsində “pley-off” mərhələsinin görüşlərinin tərkibi müəyyənləşəcək. Növbəti mərhələnin ilk oyunları avqustun 19-da, cavab matçları isə bundan bir həftə sonra olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar