“Xəzər Lənkəran” 3 telekanalın təklifini rədd etdi
05 avqust 2010 11:00 (UTC +04:00)

“Xəzər Lənkəran” 3 telekanalın təklifini rədd etdi

“Xəzər Lənkəran” klubu futbol üzrə Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümündə keçirəcəyi ev oyunlarının yayımı ilə bağlı heç bir telekanalla razılığa gələ bilməyib.



Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

Onun sözlərinə görə, indiyədək “İdman-Azərbaycan”, İTV və ATV telekanalları ilə danışıqlar aparılıb. Amma bu telekanlların irəli sürdüyü şərtlər “Xəzər Lənkəran”ı qane etməyib: “Söhbət maliyyə şərtlərindən getmir. Bizim istədiyimiz odur ki, vacib oyunlarımız heç bir problemsiz, canlı yayımlansın. Məsələn, I turda “Qəbələ” ilə üz-üzə gələcəyik. Oyun saat 20:00-da başlanacaq. Amma hələ də görüşün yayımlanıb-yayımlanmayacağı bilinmir. Təkcə bu yox, digər mühüm oyunlarımızın yayımı ilə bağlı telekanallarımızdan deyirlər ki, efirdə vacib proqramla üst-üstə düşməsə, birbaşa göstərəcəyik. Əks halda, yox”.


Qeyd edək ki, martın 5-də AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, Unibank Premyer Liqasının və Azərbaycan Kubokunun oyunlarının eksklüziv yayım hüququ Peşəkar Futbol Liqasından alınaraq, klubların özlərinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar