“Neftçi” rəhbərliyi azarkeşlərini “Qarabağ”la oyuna çağırdı
05 avqust 2010 10:45 (UTC +04:00)

“Neftçi” rəhbərliyi azarkeşlərini “Qarabağ”la oyuna çağırdı

“Neftçi” klubu Unibank Premyer Liqasının 2010/2011-ci il mövsümündə ilk oyununu “Qarabağ”a qarşı keçirəcək.



Lent.az-ın məlumatına görə, avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da başlanacaq.


Qarşılaşma öncəsi “Neftçi” rəhbərliyi azarkeşlərinə müraciət edərək, onları stadiona çağırıb. “Flaqmanın yeni və möhtəşəm transferlərini canlı izləmək istəyənləri və könlünü ağ-qara rənglərə verənləri komandaya ilk oyundan etibarən dəstək olmağa çağırırıq. Haydı “Neftçi”sevərlər, stadiona! Qələbələrimizi birlikdə qazanaq!” deyə müraciətdə bildirilir.
# 497

Oxşar yazılar