İdmançılarımız dünya çempionatının yarımfinalında
05 avqust 2010 10:15 (UTC +04:00)

İdmançılarımız dünya çempionatının yarımfinalında

Çexiyanın Raçitse şəhərində 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürüb.


Lent.az-ın məlumatına görə, 39 ölkənin qatıldığı nüfuzlu yarışda Azərbaycanı təmsil edən hər üç idmançı seçmə mərhələni uğurla dəf edib.


Qızların mübarizəsində Toni Boteva 1 nəfərlik qayıqla (JW1X), oğlanların yarışında isə Radoslav Drenovski – Aleksandr Qlotov dueti 2 nəfərlik sükansız təkavarlı qayıqla (JM2-) yürüşdə öz yarımqruplarında 2-ci yeri tutaraq, təsəlliverici mərhələ yürüşlərini keçmədən birbaşa A və ya B yarımfinalına yüksəliblər. Boteva 2000 metr məsafəni 8 dəqiqə 28,83 saniyəyə, Drenovski – Qlotov cütlüyü isə 7 dəqiqə 19,88 saniyəyə qət edib.


Bununla da avarçəkənlərimiz çıxış etdikləri qayıq kateqoriyalarında ilk 12 yerdən birini təmin ediblər. Onlar avqustun 7-də baş tutacaq yürüşlərdə öz yarımqruplarında ilk “3-lüy”ə daxil olsalar, 1 – 6-cı yerlər uğrunda mübarizəyə imkan verən A finalına vəsiqə qazanacaqlar.
# 440

Oxşar yazılar