Joze Mourinyo: “Demə ki, yaşım azdı mənim...”
04 avqust 2010 10:30 (UTC +04:00)

Joze Mourinyo: “Demə ki, yaşım azdı mənim...”

İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo 2010-2011-ci il futbol mövsümündə ən azı 2 titul hədəflədiyini açıqlayıb.


Lent.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis “AS” qəzetinə müsahibəsində zəif nəticələri “kral klubu”nun sükanı arxasına yenicə keçməsi ilə əlaqələndirməyəcəyini bildirib.


Mourinyo deyib: “Portuqaliyanın “Portu” klubunda keçirdiyim iki mövsümümdə 6 kubok qazandım. İngiltərənin “Çelsi” komandasında da 4 mövsüm ərzində ümumilikdə 6 titula sahib çıxdım. İtaliya “İnter”ində də iki il çalışdım və daha 5 titul əldə etdim. Hələ kifayət qədər gənc məşqçi olsam da, Avropa liqalarında qazandığım 17 titul məni veterana çevirib”.


Portuqaliyalı mütəxəssis “Real”da çıxış edən həmyerlisi Kriştianu Ronaldu haqda da fikirlərini bildirib: “Ronaldunun cəmi 25 yaşı var. Onun karyerasının pik dövrü hələ irəlidədir. Kriştianu daha yaxşı oynaya bilər. Texniki cəhətdən inanılmaz dərəcədə hazırlıqlıdır, taktiki baxımdan isə hələ artırmalıdır. Ümumilikdə isə Ronaldu sadəcə heyrətamiz futbolçudur”.

Qeyd edək ki, “Real” sonuncu titulunu 2007-2008-ci il mövsümündə əldə edib. Həmin vaxt “kral klubu” İspaniya çempionu olub. Madridlilər sonuncu dəfə 2002-ci il ildə Çempionlar Liqasını, 1993-cü ildə isə İspaniya Kubokunu qazanıblar.
# 818

Oxşar yazılar