“Neftçi” Ramin Musayevin oğlunu göndərdi
Zaqatalanın “Simurq” klubu "Neftçi"nin 3 gənc futbolçusunu heyətinə qatıb.
Lent.az-ın “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas komandanın üzvü Rəşad Hüseynov, eləcə də əvəzedici heyətin oyunçuları Elvin Musazadə və Elvin Yunusov Zaqatala təmsilçisinə icarəyə veriliblər.
Hər üç futbolçu 1 illik icarə müqaviləsi əsasında "Simurq"da çıxış edəcək.
Qeyd edək ki, Elvin Musazadə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin oğludur. Musayev bu vəzifəyə təyin olunanadək məhz “Neftçi”nin vitse-prezidenti postunu tutub.

690