Roberto Bacco vəzifə aldı
03 avqust 2010 10:00 (UTC +04:00)

Roberto Bacco vəzifə aldı

Ötən illərin məşhur futbolçusu Roberto Bacco İtaliya Futbol Federasiyasının (FİGC) texniki komitəsinə rəhbərlik etməyə razılıq verib.



Lent.az-ın məlumatına görə, 43 yaşlı sabiq hücumçu FİGC prezidenti Cankarlo Abete ilə görüşdən sonra bu dəvəti qəbul etməyə hazır olduğunu bildirib.


“Bu, çətin, eyni zamanda maraqlı iş olacaq” deyən Bacco FİGC-nin texniki komitəsinin rəhbəri postunda Adzelyo Viçinini əvəzləyəcək. Onun yeni vəzifədə rəsmi təqdimatının iyulun 4-də baş tutacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar