“Qəbələ” Çempionlar Liqasının qrup mərhələsinə düşəcək”
Bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib
“Mənim üçün tərəfdaşlıq böyük rol oynayır. Düzgün insanlarla işbirliyi, peşəkar münasibətlər mənim üçün çox böyük əhəmiyyət kəsb edir. 22 il oynadığım London “Arsenal”ının məşhur JVC şirkəti ilə əməkdaşlığı uğurla nəticələnmişdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
“HYUNDAİ AZERBAİJAN” şirkəti ilə bu gün sponsorluq müqaviləsinin imzalanma mərasimində fikirlərini açıqlayan ingilis mütəxəssis belə əməkdaşlığın reallaşmasından çox razı qaldığını vurğulayıb. Ardından ötənlərin tanınmış futbolçusu bildirib ki, komandası mövsümə hazırdır: “Həqiqətən də, çox çətin başlanğıc olacaq. Püşk nəticəsində təqvim bizim üçün ağır oldu. İlk turlarda güclü rəqiblərlə görüşəcəyik. Hər halda, komandamın hazırlığı, futbolçuların yeni ideyalara uyğunlaşması məni sevindirir. Ümumiyyətlə, Azərbaycanda olduğum müddətdə gördüklərim məni razı salır. Yeni bir yola çıxırıq. Komandamın durumundan, futbolçuların hazırlıq səviyyəsindən hələlik razıyam. Ancaq gələcəkdə yeni futbolçular gözləyirəm”.
Britaniya futbol məktəbinin yetirməsi olmasına baxmayaraq, Adamsı “ikinci mərtəbə”də yox, meydandakı oyun daha çox maraqlandırır: “Azərbaycanlılarda xoşuma gələn əsas cəhət odur ki, onlarda ruh var. Bu, məcburi yox, içdən gəlməlidir. Şəxsən mən Qəbələni Bakıdan üstün tuturam. Bizdə legionerlərin sayı elə də çox deyil və uyğunlaşmaqla bağlı problem olmamalıdır. Çalışırıq ki, rəqabətə davamlı komanda yaradaq”.
“Qəbələ” mayda üç illik müqavilə bağladığı Adamsla Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə düşməyi hədəfə alıb. Çalışdırıcı bunun reallaşacağına əmin olsa da, vaxtını demədi: “Biz bu məqsədə yavaş-yavaş addımlamalıyıq. Narahat olmayın, “Qəbələ” gec-tez Çempionlar Liqasının qrup mərhələsinə düşəcək. Ancaq mən buna vaxt qoya bilmərəm. Onu deyə bilərəm ki, bu, nə vaxtsa mütləq reallaşacaq. Buna şübhəniz olmasın”.

653