“Neftçi”nin prezidenti: "Everton” rəsmilərinin səfərini gözləyirik” – MÜSAHİBƏ
"Neftçi"nin prezidenti Sadıq Sadıqovun klubun rəsmi saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, hazırda komandanın Türkiyədə keçirdiyi təlim-məşq toplantısını izləyən Sadıqov hazırlıq prosesindən razılığını bildirib:
- "Neftçi" klubu artıq 8 gündür Türkiyədə təlim-məşq toplanışı keçir. Hazırlıq prosesinin gedişini Siz də izləyirsiniz, yoxlama matçlarına baxırsınız. Təlim-məşq toplanışının gedişindən razısınızmı?
- Çox razıyam. Futbolçularımızda böyük həvəs, maraq var. Keyfiyyət baxımından da məşqlərdə artım hiss olunur. "Neftçi" Türkiyədə yoldaşlıq görüşlərində də qüvvəsini sınayıb və mübarizlik nümayiş etdirib. İnanıram ki, komandamız milli çempionatda öz sözünü deyəcək.
- İyulun 25-də "Neftçi"nin "Kardemir Karabükspor"la yoxlama matçına baxdınız. Bu görüşdə flaqman necə təsir bağışladı?
- Komandamızda müsbətə doğru böyük dəyişikliklər var. Bildiyiniz kimi, ötən mövsümün sonunda 13 futbolçu ilə yollarımızı ayırdıq. Mövsümlərarası fasilədə 11 yeni futbolçu ilə müqavilə bağladıq ki, bu da komandanın yenidən qurulması deməkdir. Yeni komanda qurmaq da həddən artıq çətindir. Hər halda, yoxlama matçları "Neftçi"nin günü-gündən formalaşdığını göstərir. Bu baxımdan ciddi məşqlərin də böyük əhəmiyyəti var. "Kardemir Karabükspor"la oyun yoxlama xarakteri daşığından, nəticə önəmli deyildi. Belə matçlarda məqsəd bütün futbolçuları yoxlayıb, onların potensialını üzə çıxarmaqdan ibarətdir. Rəqibimiz güclü komanda idi, görüş çox yaxşı alındı. "Kardemir Karabükspor" I liqadan Türkiyə Superliqasına vəsiqə qazanıb. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var idi. Lakin üstünlük bizim tərəfimizdə oldu və qələbə qazandıq.
- Artıq Premyer Liqanın növbəti mövsümünün püşkü atılıb. Püşkatmanın nəticələrinə münasibətiniz necədir?
- Nəticəni uğurlu saymaq olar. Çünki ilk matçda "Qarabağ"la qarşılaşacağıq. "Qarabağ" Azərbaycanın ən adlı-sanlı klublarından biridir. Açığı, püşkün nəticəsi mənə xoş təsir bağışladı. Çempionatın startında səviyyəli komanda ilə qarşılaşmaq önəm daşıyır.
- Klubun infrastrukturu ilə bağlı hansı yeniliklər var və "Neftçi" milli çempionatda rəqiblərini hansı stadionda qəbul edəcək?
- Ötən çempionatda ev oyunlarımızı keçirdiyimiz İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu yaxşı vəziyyətdədir. Ancaq qərara gəlmişik ki, ilk turlarda rəqiblərimizi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edək. Məqsədimiz stadiona daha çox azarkeş toplamaqdır. Respublika stadionu şəhərin mərkəzində yerləşdiyi üçün fanatlarımızın bu arenaya gəlməsi nəqliyyat baxımından da sərfəli olacaq. Gələcəkdə necə olacağını hələ bilmirəm. Klubun infrastrukturuna gəlincə, 3 aydır "Neftçi"nin bazasında təmir işləri gedir. Həm futbolçu, həm məşqçi, həm də texniki heyət üçün yüksək səviyyədə şərait yaradılır.
- Araz Abdullayevin "Everton"a keçidi məsələsi nə yerdədir?
- Biz bu məsələni həll etmişik. Yəni, bu məsələnin xırdalıqları bizim tərəfimizdən yerinə yetirilib. Hətta Araz Abdullayev "Everton"da tibbi müayinədən də keçib. İndi "Everton" rəsmilərinin səfərini gözləyirik. Futbolumuzun inkişafı, Arazın daha da püxtələşməsi üçün onu İngiltərə klubuna göndərə bilərik. Amma gərək "Everton" rəhbərliyi bu məsələnin üstünə düşsün və nümayəndələrini Bakıya göndərsin. Ancaq hələ də onlardan xəbər yoxdur.

775