Azərbaycanın 3 idmançısı dünya çempionatının finalında!
Belarusun Brest şəhərində davam edən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan akademik avarçəkənləri tarixi nailiyyətə imza atıblar. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nüfuzlu yarışda ölkəmizi təmsil edən 4 avarçəkəndən 3-ü əsas finala vəsiqə qazanıb.
Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (BM1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla (BLM2X) 2000 metr məsafəyə yarımfinal yürüşündə ilk “3-lüy”ə düşüb. Bununla da hər 3 idmançımız adını iyulun 25-də keçiriləcək həlledici mərhələ yürüşlərinə yazdırıb.
Qeyd edək ki, ölkəmiz akademik avarçəkmə növündə ilk dəfə mötəbər yarışlarda əsas finalda təmsil olunacaq. Hətta avarçəkənlərimiz yarımfinal yürüşlərində də birinci dəfə idi ki, iştirak edirdilər.
Texniki nəticələr
23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı
Məsafə: 2000 metr
Oğlanlar
1. Dirk Uittenboqard (Hollandiya) – 7:04.12
2. Aleksandr Aleksandrov (AZƏRBAYCAN) – 7:04.43
3. Georgi Bojilov (Bolqarıstan) – 7:04.50
4. Maksim Cəmaləddinov (Rusiya) – 7:09.64
5. Kristaps Sirulis (Latviya) – 7:15.52
6. David Aregger (İsveçrə) – 7:26.73
İlk 3 yerin sahibləri A finalına, qalanlar isə B finalına çıxıb.
İyulun 25-də keçiriləcək əsas finalda Aleksandr Aleksandrovun rəqibləri Karl Şultse (Almaniya), Bram Dubua (Belçika), Stergios Papaxristos (Yunanıstan), Dirk Uittenboqard (Hollandiya) və Georgi Bojilov (Bolqarıstan) olacaq. Avarçəkənimiz bu rəqiblərindən Papaxristos və Dubuanı seçmə yürüşdə üstələməyi bacarıb. Yarımfinalda isə o, Bojilovdan üstün olub. Yalnız Uittenboqardan geri qalan 20 yaşlı idmançımız üçün Şultse dünya çempionatında yeni rəqibdir.
2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqlar (BLM2X)
1. Maqdanis Panagiotis – Eleftorios Konsolas (Yunanıstan) – 6:26.90
2. Klemens Hübler – Mattias Arnold (Almaniya) – 6:28.44
3. Cavid Əfəndiyev – İqor Xmara (AZƏRBAYCAN) – 6:29.43
4. Tommazo Sakçini – David Babboni (İtaliya) – 6:29.79
5. Oskar Russberq – Dennis Bernhardsson (İsveç) – 6:32.47
6. Edvard de Karvalyo – Adam Kaçinski (Avstraliya)
İlk 3 yerin sahibləri A finalına, qalanları isə B finalına çıxıb.
İyulun 25-də keçiriləcək əsas finalda Cavid Əfəndiyev – İqor Xmara duetinin rəqibləri Maqdanis Panagiotis – Eleftorios Konsolas (Yunanıstan), Klemens Hübler – Mattias Arnold (Almaniya), Peter Nörlem – Andreas Ramboel (Danimarka), Benjamin Rouv – Kiren Emeri (Böyük Britaniya), Daniel Siquryörsen Benet – Arnau Bertran Sastre (İspaniya) cütlükləri olacaq.

665