Azərbaycan idmançısı dünya çempionatının yarımfinalında!
23 iyul 2010 10:00 (UTC +04:00)

Azərbaycan idmançısı dünya çempionatının yarımfinalında!

İyulun 22-də Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürüb. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanın yarışda iştirak edən 4 avarçəkəndən 2-si günün birinci yarısında seçmə mərhələ yürüşlərində qüvvəsini sınayıb.

Ölkəmizi qızların mübarizəsində ilk dəfə təmsil edən İskra Angelova 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşə qatılıb. Angelova bu məsafəni 7 dəqiqə 57,65 saniyəyə qət edib. Nəticədə o, 3-cü yeri tutaraq, təsəlliverici yürüşdə iştirak hüququ qazanıb. İlk 2 yerin sahibləri isə birbaşa yarımfinala vəsiqə qazanıblar.

Angelovadan sonra oğlanların mübarizəsinə qoşulan yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov daha yaxşı nəticə göstərib. Aleksandrov 2000 metr məsafəni 6 dəqiqə 59,80 saniyə nəticə ilə hamıdan öndə tamamlayıb. Bununla da avarçəkənimiz birbaşa yarımfinala vəsiqə qazanıb.

2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda (BLM2X) çıxış edən Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 40,20 saniyə nəticə ilə 3-cü yeri tutub. Bu nəticə ilə azərbaycanlı duet təsəlliverici yürüşə vəsiqə qazanıb.

Hazırda yağışlı və əlverişsiz hava şəraiti ilə əlaqədar 12 seçmə yürüş təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar