Bukmekerlər milyonlar qazanıblar
13 iyul 2010 12:00 (UTC +04:00)

Bukmekerlər milyonlar qazanıblar

Futbol üzrə dünya çempionatı ərzində 30 milyona yaxın pul qoyuluşu olub


Bu həftə Cənubi Afrika Respublikasında başa çatan futbol üzrə dünya çemionatı dövründə azarkeşlər tərəfindən oyunların proqnozlaşdırılan nəticələri ilə bağlı rekord məbləğdə pul qoyuluşları olub.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ən böyük bukmeker şəbəkələrindən birinə malik olan “bwin” kontoru ilə bağlı araşdırma bunu ortaya çıxarıb.

Hər gün bu bukmeker şəbəkəsində 260 minə yaxın istifadəçi yeni pul qoyuluşları ediblər və “bwin”in bunun sayəsində 1,1 milyon avro qazanıb. Bu, 2006-cı il futbol üzrə dünya çempionatı ilə müqayisədə 2 dəfə böyük göstəricidir.

Bu çempionat ərzində futbol üçün öz pullarını riskə qoyanların ümumi sayı isə 900 min nəfərdir. “bwin”in məlumatına görə, çempionat dövründə 30 milyona yaxın pul qoyuluşu olub. İstifadəçilər İspaniya və Almaniya yığmalarının qarşılaşmasını özləri üçün ən diqqət çəkən oyun hesab ediblər. İkinci yerdə Hollandiya və İspaniyanın final görüşü, üçüncü yerdə yarımfinalda keçirilmiş Hollandiya və Uruqvay oyunları gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar