“Mübariz Mənsimov ümumiyyətlə, uduzmağı xoşlamır” – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bir həftəyə açıqlanacaq
“Xəzər Lənkəran” futbol klubunun direktoru Höccət Hacıyevin Lent.az-a müsahibəsi
- “Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Olimpiya”sı ilə matçda məğlubiyyətə bərabər heç-heçəsini klub rəsmisi kimi necə qəbul etdiniz?
- Sözsüz ki, məğlubiyyət hər bir insana, sadə azarkeşə pis təsir edir. O cümlədən, klub rəhbərliyinə. Hansı məğlubiyyət həzm olunandır? Demək olar ki, biz komandadan gözlədiyimiz oyunu ala bilmədik.
- Səbəbini nədə görürsünüz?
- Vallah, bilmirəm ümumi hazırlıqdandır, yoxsa nədəndir... Bir futbol mütəxəssisi kimi səbəbini izah edə bilmərəm. Amma hər şey göz qabağında idi. Komanda həqiqətən də baxımlı oyun göstərmədi.
- Amma “Olimpiya” ilə oyuna lazımi səviyyədə hazırlıq üçün şərait yaradılmışdı?
- Bəli. Almaniyada yüksək səviyyəli hazırlıq üçün təlim-məşq toplantısı, Avropa Liqasında rəqibin Moldova klubu olduğu aşkarlandıqdan sonra Kişinyovda “Zimbru” klubunun bazasında beş günlük hazırlıq prosesi təşkil olunmuşdu. Yəni, hazırlıq prosesi üçün rəhbərlik öz üzərinə düşən hər şeyi etmişdi.
- Bəlkə futbolçuların özləri zəif olduqları üçün mərhələ keçə bilmədiniz?
- Mən elə deməzdim. Hər bir futbolçunun müəyyən hazırlıq səviyyəsi var. Sadəcə, onlar potensiallarını ortaya qoya bilmədilər.
- Hər halda ötən mövsümlə müqayisədə hazırkı heyətinizi zəif saymaq olar...
- Yarandığı gündən “Xəzər Lənkəran”ın ən zəifini gördüm. Yəni komandamız hazırda ən zəif vəziyyətdə və gücdədir.
- Ağasəlim Mircavadov baş məşqçi postundan istefa verməsəydi, uğursuzluğun məsuliyyətini kimdə görəcəkdiniz?
- Bütün komandada.
- Bu halda isə adətən, məsuliyyəti baş məşqçi öz üzərinə götürür.
- Bəli.
- Mircavadovun istefası ilə bütün problemlərinizin həll olunduğunu demək olar?
- Xeyr. Yeni baş məşqçi təyin olunduqdan sonra komandada müəyyən islahatlar aparılmalıdır. “Xəzər Lənkəran” rəhbərliyi bu cür oyunla və belə səviyyədə olan komanda ilə razılaşmayacaq.
- İslahatlar dedikdə, nəyi nəzərdə tutursunuz?
- Komandanı həm oyun, həm də heyət baxımından gücləndirməyi.
- Bəs Sizcə, bunu daha tez etmək olmazdı?
- Hazırlıq prosesi dövründə baxışa yetərincə oyunçu gəlmişdi. Ola bilsin, həmin oyunçular baş məşqçinin xoşuna gəlməyib, istədiyi səviyyədə futbolçular olmayıb. Hər halda baxışa 20-dən çox futbolçu çağırılıb.
- İslahat dedikdə, zəif çıxış edən oyunçularınızla bağlı hansı qərar verəcəksiniz?
- Buna mən yox, yeni baş məşqçi qərar verə bilər.
- Yeni baş məşqçi islahatları ilə bağlı vəziyyət nə yerdədir?
- Hazırda bu yöndə işlər görülür. Yaxın bir həftə ərzində konkret qərar qəbul olunacaq.
- Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi mütəxəssis olması nəzərdə tutulub?
- Bunu mən yox, rəhbərlik bilər.
- Sizə də elə klub rəhbəri kimi müraciət edirik...
- Mən baş məşqçi təyin etmək səlahiyyətində deyiləm. Baş məşqçini fəxri prezident və ya prezident təyin edə bilər.
- Qərar verilərkən, Sizinlə məsləhətləşmirlər?
- Xeyr. Onu deyə bilərəm ki, bir neçə variant var. Həm xarici, həm də yerli mütəxəssislərdirlər. Hazırda bunun üzərində düşünülür.
- Adlarını çəkə bilərsiniz?
- Xeyr. Hələ adları açıqlanmır.
- Bəs nəyə əsasən, onların yerli və xaricilərdən ibarət olduqlarını deyirsiniz?
- Oyundan sonra klub prezidenti Mais Mənsimovla qısaca söhbət etdik. Vaxt çox az idi. Belə söhbət oldu ki, yerli və xarici mütəxəssislər tapılaraq, onlar arasında seçim aparılsın.
- Oyundan sonra Ağasəlim Mircavadova klubunuzdan “get” deyən olmayıb?
- Xeyr. Heç kim ona “get” deməyib. Əksinə, biz onunla səmimi görüşdük, söhbət etdik.
- Mircavadov istefasının səbəbini sizə necə izah etdi?
- Heç bir izah olmadı. Bizə indiyədək ona göstərdiyimiz etimada görə təşəkkürünü bildirdi, razılıq etdi və çıxıb getdi. Başqa heç nə demədi.
- Bəs siz ondan istefasının səbəbini soruşmadınız?
- İstefa təbii haldır. Yəqin ki, bu, komandamızın uğursuzluğu ilə əlaqədardır. İstefa təkcə bizdə baş verməyib ki? Bütün komandalarda belə hallar olur.
- Bəs azarkeşləriniz məğlubiyyəti necə qəbul etdi? Tribunada oturacaqlar sındırılmayıb?
- Xeyr. Elə bir şey olmayıb.
- Tribunalarda boş yerlər çox idi...
- Bəli. Unibank Premyer Liqasının son turunda və Azərbaycan Kubokunun finalında “Bakı”ya məğlubiyyətdən sonra azarkeşlərimizdə komandaya qarşı küskünlük, inciklik vardı. Ona görə də tribunalarda boşluqlar oldu. Mən hər gün Lənkəran camaatının içində oluram. Bunu gözləyirdim.
- Amma Siz oyunqabağı açıqlamanızda biletin qiymətinin 2 manat olmasının səbəbini belə izah etmişdiniz: “1 manat olsa, stadiona gələnlərin qarşısını ala bilməyəcəyik”.
- Söhbət biletin qiymətində deyil. Milli komandamız Finlandiya yığması ilə görüşəndə biletin qiyməti 4 manat idi. Amma stadiona bilet tapılmırdı. Stadiona kənar əşyalar atan azarkeşlərin gəlməsindənsə, gəlməmələri yaxşıdır. Yəni, pulun məbləğinin aşağı-yuxarı olmasına əsasən gələn şəxs azarkeş deyil.
- “Olimpiya”nın baş məşqçisi Nikolay Bunya “Xəzər Lənkəran”da işləməyə hazır olduğunu bildirib...
- Mən onun açıqlamasına şərh verə bilmərəm. Bəlkə “Xəzər Lənkəran”da çalışmaq onun istəyidir? Mən bizə rəqib olduğu gündən “Olimpiya”nı o qədər də güclü komanda saymırdım. Sərgilədikləri oyun da yüksək səviyyədə deyildi. Mən özümüzün oyununu zəif sayıram.
- Fəxri prezidentiniz Mübariz Mənsimov da oyunda idi?
- Xeyr. Gəlməsi nəzərdə tutulurdu. İşi çıxdığı üçün gələ bilmədi.
- Məğlubiyyəti necə qəbul edib?
- Yəqin ki, televiziya vasitəsilə oyunu izləyib. Yenə deyirəm, məğlubiyyəti kim yaxşı qəbul edər ki... O ki qaldı Mübariz Mənsimov. Mübariz müəllim ümumiyyətlə, uduzmağı xoşlamır.
- Komandanız məşqləri nə vaxt bərpa edəcək?
- İyulun 15-də Lənkəranda yığışacaqlar. Avqustun 1-dək elə burada məşq edəcəklər.
Elşən Məmmədov

882