Maradonadan Argentina yığmasında qalması xahiş olundu
Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi dünya çempionatının ¼ finalında Almaniya millisinə 0:4 hesablı məğlubiyyətə, yığma komandanın baş məşqçisi Dieqo Maradonaya ən azı avqustun sonlarınadək postunda qalmağı təklif edib.
Lent.az-ın məlumatına görə, AFA-nın prezidenti Xulio Qrondona Maradonadan komandanı İrlandiya ilə yoldaşlıq görüşünə çıxarmağı xahiş edib. Həmin oyun avqustun 11-də İrlandiyanın paytaxtı Dublində olacaq. Maradonanın millinin sükanı arxasında gələcək taleyinə isə yaxın günlərdə federasiya rəhbərliyinin məşqçilər heyəti ilə görüşündə aydınlıq gələcək.
Qrondona deyib: “Hələlik qiymət vermək vaxtı deyil. Məğlubiyyətin yaraları hələ dərindir. Maradonanın özü gələcəyi haqda düşünmək üçün vaxt istəyir. Biz yaxın günlərdə qərar verəcəyik”.
Qeyd edək ki, Dieqo Maradona ilə AFA arasında müqavilə 2011-ci ildə Argentinada keçiriləcək Amerika Kubokunadək bağlanılıb.

593