FİFA “Qızıl top”u “France Football”dan aldı
05 iyul 2010 10:00 (UTC +04:00)

FİFA “Qızıl top”u “France Football”dan aldı

“Brilliant ” “qızıl”a qarışdı


FİFA rəhbərliyi iki ən nüfuzlu futbol mükafatı sayılan “Qızıl top”la ilin ən yaxşı futbolçusuna verilən “Brilliant top” mükafatlarını birləşdirməyi qərara alıb. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu haqda qərarı FİFA prezidenti Zepp Blatterlə “France Football” jurnalının baş redaktoru Mari-Odil Amori açıqlayıb.


“Qızıl top” adını qoruyan mükafatı ilk dəfə 2011-ci ilin yanvarında təqdim edəcəklər. Mükafatın sahibinin müəyyənləşdirilmə mexanizmi hələlik məlum deyil. 1956-cı ildə “France Football” jurnalı tərəfindən təsis olunan “Qızıl top” futboldan yazan jurnalistlər arasında səsvermənin yekununa əsasən, sahibini tapırdı. İlin oyunçusunu isə milli komandaların məşqçi və kapitanları səsvermə yolu ilə müəyyənləşdirirdilər.


Qeyd edək ki, “Qızıl top”u və FİFA versiyası üzrə ən yaxşı oyunçu titulunu argentinalı futbolçu Lionel Messi alıb. Yığmaların məşqçi və kapitanları “Gümüş” və Bürünc top”un sahiblərini də müəyyənləşdiriblər. Bunlar Kriştianu Ronaldu və Xavi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar