Kanoeçilərimiz Avropa çempionu oldular
03 iyul 2010 10:30 (UTC +04:00)

Kanoeçilərimiz Avropa çempionu oldular

İspaniyanın Trasona şəhərində təşkil olunan kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında 1000 metr məsafəyə final yürüşləri keçirilib. Azərbaycanı kanoe növündə təmsil edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayaraq, qızıl medal qazanıb.


Kanoeçilərimiz 1000 metr məsafəni 3 dəqiqə 34 saniyə 115 mikrosaniyəyə qət edərək, Rusiya, Rumıniya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Çexiya və İspaniyadan olan rəqiblərini geridə qoyublar. Bu nəticə ilə Bezuqlıy – Prokopenko dueti karyerasında ilk dəfə Avropa çempionu olub.


Qeyd edək ki, 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində təşkil olunmuş Avropa çempionatında eyni uğuru 1 nəfərlik kanoe qayığında mübarizə aparan Valentin Demyanenko əldə etmişdi. Həmin vaxt Bezuqlıy – Prokopenko cütlüyü bürünc medalla kifayətlənmişdi.


Kanoeçi cütlüyümüz Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşdə də çıxış edəcək. Çempionata iyulun 4-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar