Dünya çempionatı: ¼ final mərhələsinə start
02 iyul 2010 10:00 (UTC +04:00)

Dünya çempionatı: ¼ final mərhələsinə start

Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında iyulun 2-də ¼ final görüşləri start götürür. Lent.az-ın məlumatına ilk oyun günündə 2 görüş keçiriləcək.


Hollandiya – Braziliya və Uruqvay – Qana qarşılaşmalarının nəticələrinə əsasən, I yarımfinal oyununun tərkibi müəyyənləşəcək.


19:00. Hollandiya – Braziliya
Port Elizabet. “Nelson Mandela Bay” stadionu
Baş hakim: Yuiti Nasimura


Hər iki yığma öz qrupunda I yeri tutub. Amma Hollandiya indiyədək keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa vurub. “Zambaqlar ölkəsi” komandası 1/8 finalda Slovakiyanı yenib – 2:1. Hələ dünya çempionu ola bilməyən Hollandiyadan fərqli olaraq, Braziliya indiyədək 5 dəfə (1958, 1962, 1970, 1994, 2002) dünya çempionu olub. “Sambaçılar” öz qrupunda Fildişi Sahili və KXDR-i yenərək, yalnız Portuqaliya ilə heç-heçə etdikdən sonra 1/8 finalda Çiliyə qalib gəlib – 3:0. Hollandiya - Braziliya cütünün qalibinin dünya çempionluğuna əsas namizəd olacağı güman edilir.


23:30. Uruqvay – Qana
Yohannesburq. “Ellis Park” stadionu. Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)


Qana Afrika qitəsində keçirilən ilk mundialın ¼ finalında mübarizəni davam etdirən komandalar arasında “qara qitə”nin yeganə təmsilçisidir. Qanalılar 1/8 finalda Afrika yığmasını əlavə vaxtda üstələyiblər. İndi isə bu komanda Afrika ölkələri arasında yarımfinala vəsiqə qazanan ilk yığma ola bilər. Amma bunun üçün ikiqat dünya çempionlarını (1930, 1950) yenmək lazım gələcək. Cari mundialda inamlı təsir bağışlayan Uruqvay öz qrupunda I yeri tutduqdan sonra 1/8 finalda Cənubi Koreyadan üstün olub – 2:1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar