Elnur Məmmədli: “Artıq şıltaqlığı, cavanlığı kənara qoymuşam” – MÜSAHİBƏ
“İndi vaxtında gedib, vaxtında evə gəlirəm”
İyunun 29-da 22 yaşı tamam olan cüdo üzrə olimpiya çempionu Elnur Məmmədlinin Lent.az-a müsahibəsi
- Ad gününüz münasibətilə Sizi təbrik edirik. Bu ad gününüzün 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığınız qızıl medaldan sonrakı ilk ad gününüzlə müqayisədə necə qeyd edəcəksiniz?
- Yenə eyni qaydada, öz ailəmlə, dostlarımla birgə qeyd edəcəyəm. Fərq bundadır ki, artıq evliyəm. Arzum budur ki, növbəti ad günümü övladımla da birgə keçirim.
- Ailə həyatı necədir?
- Əlbəttə, ailə sahibi olmaq məsuliyyət deməkdir. Artıq şıltaqlığı, cavanlığı qoymuşam bir kənara.
- Yəqin ki, evə də vaxtlı-vaxtında gəlirsiniz?
- (gülür) Təbii. Əvvəllər də belə idim. Arada bir balaca gecikirdim. Amma indi vaxtında gedib-vaxtında evə gəlirəm.
- Gecikəndə də əvvəlcədən xəbərdarlıq edirsən?
- Əlbəttə. Evdən bilməlidirlər də... Nigaran qalmamalıdırlar.
- Həyat yoldaşınızla birgə ayrıca mənzildə, yoxsa valideynlərinin yanında qalırsınız?
- Ayrıca mənzildə qalıram. Amma valideynlərim də bizə gəlirlər. Çox şükür ki, hərəmizin öz evi var. Olur ki, anam da bizimlə qalır.
- Olimpiadadan sonra Sizə verilən yeni mənzilinizə köçmüsünüz?
- Xeyr. Hələ köçməmişəm. Amma 2006-cı ildə Avropa çempionu olduğum vaxt mənə mənzil vermişdilər. Həmin mənzildə qalıram. Olimpiadadan sonra verilən mənzilin olduğu binanın tikintisi hələ başa çatmayıb. Hazır olanda, ora köçəcəyəm.
- Pekin Olimpiadasından sonra bu il çıxdığınız 3 yarışdan yalnız 1-də medal qazana bildiniz. Qalanları isə uğursuz alındı...
- İdmanda daim qələbə qazanmaq olmur. Olimpiya çempionu adını 73 kq çəki dərəcəsində qazanmışdım. İndi isə 81 kq çəkidə çıxış edirəm. Bu, mənim üçün yeni çəkidir. Allah qoysa, mənim əsas fikrim 9 – 13 sentyabrda Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq dünya çempionatında uğurlu çıxış etməkdən ibarətdir. İki il güləşməyən idmançı üçün birdən-birə çempion olmaq çətindir. Çox şükürlər olsun ki, 15-16 mayda Misirdə keçirilən Dünya Kubokunda qızıl medal qazandım. Hələ hər şey qabaqdadır.
- 3-4 iyulda Rusiyanın paytaxtı Moskvada “Böyük dəbilqə” turniri keçiriləcək. Həmin yarışda da iştirakınız nəzərdə tutulub...
- Bəli. Məşqlərimiz qaydasında gedir. Sadəcə, hələ ki, təlim-məşq toplantısı keçirməmişik. Alınsaydı, yaxşı olardı. Bildiyiniz kimi, prezidentimiz İlham Əliyev iyunun 23-də 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar sərəncam imzalayıb. Sərəncama əsasən, qarşıdakı olimpiadaya hazırlıq dövründə heç bir problem olmamalıdır. İnşallah, yaxşı olar.
- Təlim-məşq toplantılarınız maliyyə problemləri ilə əlaqədar ləngiyir?
- Əlbəttə. Bütün dünyada yaxşı çıxış etmək üçün təlim-məşq toplantısı keçirlər. Amma toplanış keçmədən yarışa qatılmaq müəyyən problemlər yaradır.
- Doğrudanmı, 10 - 15 günlük təlim-məşq toplantısı üçün bu qədərmi böyük vəsait lazımdır ki, o da tapılmır?
- Mən yalan deyərəm. Açığı, belə məsələlərə baş qoşmuram və baş qoşmaq da istəmirəm. Çünki bu, mənim səlahiyyətimdə deyil. Mənim işim məşq etmək və yarışlarda iştirakdan ibarətdir. Artıq ikinci yarışımızdır ki, təlim-məşq toplantısı keçmədən yollanırıq. 12-13 iyunda Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan Dünya Kubokuna da toplanış keçmədən yollanmışdıq. Amma Misirdəki Dünya Kuboku öncəsi hazırlıq prosesi keçmişdik, ona görə özümüzü normal hiss edirdik. Evlə təlim-məşq toplantısının yeməyi və rejimi arasında yerlə-göy qədər fərq var. Yəni, toplanış vaxtı telefonları söndürürsən, yalnız öz hazırlığınla məşğul olursan.
- Cüdo üzrə digər olimpiya çempionumuz Nazim Hüseynov Lent.az-a müsahibəsində bildirib ki, Siz qaydaların dəyişdiyini deyərək, yenilərinə uyğunlaşmaqda ondan kömək istəmisiniz...
- Yeni qaydaların hamısını bizə yığmamızın baş məşqçisi Ağayar Axundzadə keçir, öyrədir. Nazim Hüseynov isə bildiklərini yeniyetmə və gənclərə öyrədə bilər.
- Yəni, Siz Nazim Hüseynovdan kömək istəməmisiniz?
- Xeyr. Nə kömək? Biz hazır adamlarıq da... Bizim köməyə ehtiyacımız yoxdur. Əvvəla, baş məşqçimiz var. Digər tərəfdən də yarışlara gedirik, görüb-götürürük. Görüb-götürməyənlər, bilməyənlərə Nazim Hüseynovun köməyi dəyə bilər.
- Hər halda Hüseynov 2011-ci ildən Sizə kömək edəcəyini bildirib...
- Xeyr. Elə şey olmayıb. Nazim də bizim qardaşımızdır, olimpiya çempionumuz, fəxrimizdir. Amma mən belə məsələlərə qarışmıram. Kimin nə fikri olduğunu dəqiq deyə bilmərəm. Yəqin ki, bildiniz, nəyi demək istəyirəm. Mən qalmaqaldan uzağam.
- Bəs Hüseynov nəyə əsasən, Sizin ondan kömək istədiyinizi deyir?
- Nazim mənə demişdi: “İstəyirəm gəlim, Sizə kömək edim”. Mən də belə cavab verdim: “Nazim, gəlirsən, gəl. Gəlmirsən, gəlmə. Bu, sənin şəxsi işindir”. Mən şəxsən Nazim Hüseynovu tutub, “Nazim, gəl. Xahiş edirəm” deməmişəm. Sadəcə, o mənə deyib ki, gəlmək istəyir. Mən də cavab vermişəm ki, bu, onun şəxsi işidir. Bilirsiniz, yığmada baş məşqçi söhbəti var. Ağayar Axundzadə də var, Nazim Hüseynov da... Axundzadə Hüseynovun da müəllimidir. Misal var: “Ətlə dırnaq arasına girən, iylənib çıxar”. Məndən “Nazim Hüseynov yığmaya baş məşqçi gəlsinmi” deyə soruşsanız da, cavab verməyəcəyəm. Bunu Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi seçir. Bu söz-söhbətlər mənlik deyil. Bir də ki, Nazim gəldi girdi zala, ona kim icazə vermədi ki... Mənə hansısa fəndi göstərsə, Ağayar müəllim deyəcək ki, göstərmə?
- Söhbət Nazim Hüseynovun yığmamıza baş məşqçi təyinatından və ya Sizin şəxsi məşqçiniz olmasından yox, 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıq prosesində kömək etməsindən gedir...
- Olimpiya çempionu kimi zalımız onun üzünə açıqdır. Gəlsin, bildiyini bizə, mənə göstərsin. Mən bildiyimi kiməsə göstərmirəm? Mən bildiyimi Nicat Şıxəlizadəyə, Elmar Qasımova, Elxan Məmnmədova, bütün idmançılara göstərmişəm. Şərt yaşda deyil, texnikadadır. Hamısı gəlib soruşur ki, bunu necə edək? Mən də göstərirəm. Nazim də gəlsin girsin zala. Uşaqlar soruşsunlar, o da kömək etsin. Amma ümumilikdə yeni qaydaları baş məşqçimiz Ağayar Axundzadə başa salır, göstərir.
- Dünya çempionatında eyni çəkidə iki cüdoçunun iştirakına icazə veriləcək. Amma olimpiadada isə bir çəkidən cəmi bir idmançının iştirakı mümkündür. 81 kq çəki dərəcəsində isə bu yerə Elxan Rəcəbli də iddialıdır. Seçim necə aparılacaq?
- Biz demişik ki, kim daha çox reytinq xalı yığsa və güclü olsa, o da olimpiadaya gedəcək. Qoy, heç kim inciməsin, narazı qalmasın. Olimpiadaya mən də, Rəcəbli də gedə bilər. Amma bunu zaman və toplayacağımız xallar göstərəcək.
- Bəs öz aranızda yoxlama görüşünün keçirilməsi nəzərdə tutulmayıb?
- Xeyr.
Elşən Məmmədov

2184