Dünya çempionatı: Yarış daxilində Avropa çempionatı yarandı - TƏQVİM
26 iyun 2010 11:30 (UTC +04:00)

Dünya çempionatı: Yarış daxilində Avropa çempionatı yarandı - TƏQVİM

İyunun 26-dan etibarən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start veriləcək.



Lent.az-ın məlumatına görə, “pley-off”a vəsiqə qazanan 8 cütlükdən 3-ünü Avropanın 6 komandası təşkil edəcək.

Başqa sözlə, “köhnə qitə” təmsilçiləri digər qitələrin komandaları ilə deyil, yalnız bir-biri ilə qarşılaşacaq. Bu səbəbdən, ¼ finala vəsiqə qazanan 8 komandadan 3-ü Avropa təmsilçisi olacaq. 1/8 final mərhələsi iştirakçılarından qalan 5 cütlüyün daha biri Cənubi Amerika qitəsindəndir. Bunlar Braziliya və Çili milliləridir. Həmin qitənin daha 3 təmsilçisindən Argentina Meksikaya, Paraqvayla Uruqvay isə Asiyanın 2 komandası – Yaponiya və Cənubi Koreyaya rəqib olub. Növbəti mərhələyə yüksələnlərdən yalnız 1-i Afrikanı təmsil edir. Bu, 2006-cı il dünya çempionatında olduğu kimi, yenə Qanadır. Qana 1/8 finalda ABŞ-la üz-üzə gələcək.


26 iyun

19:00. Uruqvay – Cənubi Koreya
Port Elizabet. “Nelson Mandela Bay” stadionu

23:30. ABŞ – Qana
Rustenburq. “Royal “Bafokeng” stadionu


27 iyun

19:00. Almaniya – İngiltərə
Blömfonteyn. “Free State” stadionu

23:30. Argentina – Meksika
Yohannesburq. “Soccer City” stadionu


28 iyun

19:00. Hollandiya – Slovakiya
Durban. “Moses Mabhida” stadionu

23:30. Braziliya – Çili
Yohannesburq. “Ellis Park” stadionu


29 iyun

19:00. Paraqvay – Yaponiya
Pretoriya. “Loftus Versfeld” stadionu

23:30. İspaniya – Portuqaliya
Keyptaun. “Green Point” stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar