“Uimbldon”: Federerlə Uilyams növbəti mərhələdə
Tennis üzrə “Böyük dəbilqə” seriyasından “Uimbldon” turnirində III raundun görüşləri start götürüb.
Lent.az-ın məlumatına görə, kişilərin fərdi mübarizəsində isveçrəli Roje Federer növbəti qələbə qazanıb.
O, Arno Klementi (Fransa) 3 setdə məğlub edib – 6:2, 6:4, 6:2. Federerin növbəti rəqibi Yurgen Meltser (Avstriya) olacaq. Serbiyalı Novak Cokoviç də 16 ən güclü kişi tennisçi sırasına çıxıb. Cokoviç Albert Montanesi (İspaniya) yenib – 6:1, 6:4, 6:4. Ona IV raundda Lleyton Hyuitt (Avstraliya) rəqib olub. Növbəti mərhələyə yüksələn kişi tennisçilər arasında heç bir rusiyalı yoxdur.
Qadınların fərdi yarışında da hələlik şimal qonşularımızdan yalnız 1-i - Vera Zvonaryova 16 ən güclü tennisçi sırasına düşməyi bacarıb. III raundda Yanina Vikmayeri (Belçika) üstələyən Zvonaryovanın növbəti rəqibi serbiyalı Yelena Yankoviç olacaq. Yankoviç Alyona Bondarenkonu (Ukrayna) üstələyib – 6:0, 6:3.
Digər rusiyalılardan Mariya Kirilenko Kim Kleystersə (Belçika) 3:6, 3:6, Nadya Petrova Jüstin Enenə (Belçika) 1:6, 4:6, Regina Kulikova Tsvetana Pironkovaya (Bolqarıstan) 4:6, 0:2 (yarışdan çəkilib), Alisa Kleybanova Venus Uilyamsa (ABŞ) 6:4, 6:2 hesabı ilə uduzublar. IV raundda Kim Kleysters Jüstin Enenlə, Tsvetana Pironkova Marion Bartoli (Fransa) ilə, Jarmila Qrot (Avstraliya) isə Venus Uilyamsla qarşılaşacaq.
III raundun qalan görüşləri bu gün olacaq.

675