“Bakı” fransalı futbolçu aldı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu 31 yaşlı fransalı müdafiəçi Stefan Barbikoni ilə müqavilə bağlayıb.
Anlaşmaya əsasən, Fransa “Mets”inin sabiq müdafiəçisi 1 il müddətində icarə əsasında “Bakı”nın formasını geyinəcək.
Qeyd edək ki, Stefan Barbikoni 1979-cu il martın 22-də Fransada anadan olub. Boyu 1,84 metrdir. Barbikoni 1999 - 2006-cı illər ərzində “Mets”in şərəfini qoruyub. Bu illər ərzində 134 dəfə klubun formasını geyən müdafiəçi 12 dəfə rəqib qapılarına yol tapıb. Barbikoni 2006 - 2009-cu illərdə Türkiyənin “Manisaspor” klubunda oynayıb. Qardaş ölkədə 46 oyunda meydana çıxan Barbikoni 2 qola imza atıb.

772