Dünya çempionatı: İspaniya ilk qələbəsini qazandı
Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında II tura H qrupunun İspaniya – Honduras matçı ilə yekun vurulub.
Lent.az-ın məlumatına görə, “Ellis Park” stadionunda keçirilən və yaponiyalı baş hakim Yuiti Nasimuranın idarə etdiyi qarşılaşmada son Avropa çempionu qalib gəlib – 2:0.
Bu, İspaniya yığmasının XXIX dünya çempionatında ilk qələbəsi olub. Hər iki qolu “Barselona”nın yeni transferi David Vilya vurub. Vilya 17-ci dəqiqədə Honduras millisinin 2 müdafiəçisini keçdikdən sonra qapıya dəqiq zərbə endirib. 51-ci dəqiqədə isə o, ikinci qoluna imza atıb. Bundan 10 dəqiqə sonra Vilya “het-trik” etmək üçün əlverişli imkan qazanıb. Lakin 29 yaşlı forvardın penaltidən vurduğu zərbə qapıdan aralı keçib. Sonrakı dəqiqələrdə də ispaniyalılar hücumlarını davam etdirsələr də, növbəti qolu vura bilməyiblər.
Bu qələbə sayəsində İspaniya 3 xalla qrup ikincisi olub. Birinci yerdə isə 6 xalla Çili qərarlaşıb. H qrupunun III turunda İspaniya və Çili qarşılaşacaq.
Qeyd edək ki, reqlamentə əsasən, xallar bərabər olarsa, 1/8 finala vurulan və buraxılan topların ən yaxşı fərqinə malik komanda çıxacaq. Beləliklə, Çiliyə uduzan İsveçrə də növbəti mərhələ şanslarını saxlayır.

477