Dünya çempionatı: Portuqaliya KXDR-ə divan tutdu
Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında G qrupunda II tura yekun vurulub.
Lent.az-ın məlumatına görə, Keyptaun şəhərindəki “Green Point” stadionunda keçirilən qarşılaşmada Portuqaliya yığması KXDR-lə qarşılaşıb.
İlk turda Braziliyaya 1:2 hesabı ilə uduzan şimali koreyalılar bu dəfə qapılarından 7 cavabsız top buraxıblar. Portuqaliya millisi isə 3-cü turda Braziliyaya uduzma və bu halda Fildişi Sahili yığmasının KXDR üzərində qələbə sayəsində daha yaxşı top fərqi ilə 2-ci yeri tutma ehtimalını nəzərə alaraq, qollarını sıralamağa başlayıb. Baxmayaraq ki, hesabın açılmasını 29 dəqiqə gözləmək lazım gəlib. Raul Meyreleş fərqlənib. İlk yarı Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Fasilədən sonra Simao Sabroza (dəq.54), Uqo Almeyda (dəq.56), Tyaqu Mendeş (dəq.60 və 87), Liedson (dəq.81) və Kriştianu Ronaldu (dəq.87) fərqlənib. Matçı Çilidən olan baş hakim Pablo Poso idarə edib.
2 turdan sonra G qrupunda 6 xal yığan Braziliya yığması 1/8 finala vəsiqəni təmin edib. Portuqaliya 4 xalla 2-ci, Fildişi Sahili 1 xalla 3-cü pillədədir. KXDR isə 0:7 hesablı məğlubiyyətdən sonra növbəti mərhələ şanslarını itirib. İyunun 25-də keçiriləcək III turda Portuqaliya Braziliya ilə, Fildisi Sahili isə KXDR-lə üz-üzə gələcək.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06