“Gəncə” Rauf Cabbarovdan AFFA Apellyasiya Komitəsinə şikayət etdi
Bu barədə klubun mətbuat xidmətindən Lent.az-a bildirilib.
Məlumatda göstərilib ki, görüş vaxtı “Gəncə”nin yarımmüdafiəçisi Ramal Hüseynovun “Muğan”ın oyunçusu Ekrem Hodziç tərəfindən kobud şəkildə itələnməsini baş hakim Rauf Cabbarov qeydə almayıb. Əksinə, həmin anda yıxılarkən topun Hüseynovun əlinə dəyməsi cərimə zərbəsi kimi dəyərləndirilib. Klub rəhbərliyi bu qərarın qərəzli olduğunu və yekun nəticəyə təsir göstərdiyini bildirir, eləcə də 4 illik fasilədən sonra yenicə bərpa olunmuş, qədim futbol ənənələrinə malik Gəncə futboluna qarşı təzyiq kimi dəyərləndirir.
Bundan başqa “Gəncə” rəhbərliyi qarşılaşmanın sonunda “Muğan”ın oyunçusu Ekrem Hodziçin Rafael Əmirbəyovu əli ilə vurduğunu, sonradan futbolçuları nalayıq söyüşlərə məruz qoyduğunu iddia edir: “Hodziçin təhqirə və insanlığa yaraşmayan hərəkətlərə yol verməsinə baxmayaraq, AFFA-nın İntizam komitəsinin Rafael Əmirbəyovun 4 oyunluq cəzalandırması, klubun isə 4 min manat cərimə etməsini də obyektivlikdən uzaq qərar kimi dəyərləndirir, yenicə bərpa olunmuş komandanın ruhdan salmaq, istənilən yolla zərbə vurmaq kimi qəbul edirik”.
“Gəncə” rəhbərliyi AFFA-nın Apellyasiya Komitəsinin obyektiv qərar qəbul edəcəyinə, AFFA-nın regionlarda futbolun inkişaf konsepsiyasına uyğun olaraq Gəncə klubunun hər hansı yolla sıxışdırılmasına imkan verməyəcəyinə inanır, sağlam hakimlik və Tofiq Bəhramov məktəbinə hörmət olunacağına ümid edir.
Qeyd edək ki, “Muğan” – “Gəncə” matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.

1234