Oyunçu qovuldu, qol vurulmadı
Bu gün Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə dünya çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, ilk oyun günündə A qrupunda 2 görüş keçirilib.
Yohannesburq şəhərində baş tutan açılış mərasimindən sonra meydançaya CAR və Meksika yığmaları çıxıblar. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Çempionatın ilk qolunu 55-ci dəqiqədə elə təşkilatçı ölkə yığmasının futbolçusu Sifive Tşabalala vurub. Lakin 79-cu dəqiqədə Rafael Markez Meksikanın bərabərlik qoluna imza atıb.
Qrupun digər qarşılaşmasında Fransa ilə Uruqvay üz-üzə gəlib. Oyunda hesab açılmayıb – 0:0. 81-ci dəqiqədə uruqvaylı Nikolas Lodeyro meydançadan qovulub. Lakin Fransa millisi say üstünlüyündən yararlana bilməyib.
Beləliklə, A qrupunda keçirilən ilk turdan sonra bütün komandalar hərəyə 1 xal toplayıb. Çempionatın ikinci oyun günündə isə 3 oyun olacaq:
B qrupu
16.30. Cənubi Koreya - Yunanıstan
19.00. Argentina – Nigeriya
C qrupu
23.30. İngiltərə - ABŞ

545