“US Open”: Dinara Safina uduzdu
Lent.az-ın məlumatına görə, kişi və qadın tennisçilərin fərdi mübarizəsində hələlik sensasiya qeydə alınmayıb.
Kişilərin yarışında ispaniyalı Rafael Nadal rusiyalı Teymuraz Qabaşvilini sıradan çıxarıb – 7:6 (7:4), 7:6 (7:4), 6:3. Onun həmyerlisi Fernando Verdasko da mərhələ adlayıb. Verdasko italiyalı Fabio Foqninini üstələyib – 1:6, 7:5, 6:1, 6:4, 6:3. Rusiyalı Nikolay Davıdenko Maykl Russeldən (ABŞ) üstün olub – 6:4, 6:1, 6:3. Russelin həmyerlisi Endi Roddik isə Rober Stefanı (Fransa) yenib – 6:3, 6:2, 6:2. Serbiyalı Novak Cokoviç öz həmyerlisi Viktor Troiçkini məğlub etmək üçün 5 setlik mübarizə aparıb – 6:3, 3:6, 2:6, 7:5, 6:3. İsveçrəli Roje Federer isə argentinalı Brayan Dabula qalib gəlib – 6:1, 6:4, 6:2.
Qadınların mübarizəsində Venus Uilyams (ABŞ) Roberto Vinçidən (İtaliya) üstün olub – 6:4, 6:1. Karolin Vojnyaçki (Danimarka) Çelsi Qalliksonu (ABŞ) asanlıqla yenib – 6:1, 6:1. Mariya Şarapovaya (Rusiya) isə Jarmila Qrosu (Avstraliya) məğlub etmək üçün 3 set lazım gəlib – 4:6, 6:3, 6:1. Şarapovanın həmyerlisi Svetlana Kuznetsova da Kimiko Date Krummla (Yaponiya) qarşılaşmada eyni sayda setə müraciət edib – 6:2, 4:6, 6:1. Serbiyalı Yelena Yankoviç Simona Haleplə (İsrail) görüşdə çətinliklə də olsa, qalib gəlib – 6:4, 4:6, 7:5. İtaliyalı Françeska Skyavone Ayumi Moritanı (Yaponiya) asanlıqla yenib – 6:1. 6:0. Yalnız son zamanlar zəif çıxış edən Dinara Safina (Rusiya) Daniela Xantuxovaya (Slovakiya) 3:6, 4:6 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırmalı olub.
Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək “US Open”in ümumi mükafat fondu 22,6 milyon dollardır.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46