Azərbaycanlı duet Dünya Kubokunda 1 qızıl, 2 gümüş medal qazandı
07 iyun 2010 10:00 (UTC +04:00)

Azərbaycanlı duet Dünya Kubokunda 1 qızıl, 2 gümüş medal qazandı

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışın son günündə idmançılar 500 metr məsafəyə yürüşdə qüvvələrini sınayıblar.

Azərbaycanı təmsil edən Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duet 2 nəfərlik qayıqla mübarizədə bütün rəqiblərini üstələyərək, qızıl medal qazanıb. Bu cütlük 200 metr və 1000 metr məsafələrə yürüşlərdə gümüş medal qazandıqdan sonra, nəhayət, fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Onlar Dünya Kubokunun III mərhələsində hər 3 məsafəyə yürüşlərdə medal qazanan yeganə duet kimi fərqlənib. Bezuqlıy – Prokopenko dueti həm də Azərbaycan yığmasının tərkibində ilk dəfə mötəbər yarışlarda qızıl medala sahib olub.

1 nəfərlik kanoe qayığında çıxış edən 18 yaşlı Andrey Kraytor isə 200 metr məsafəyə yürüşdə olduğu kimi, 500 metr məsafəni də 15-ci pillədə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar