“Neftçi” Zaur Tağızadəyə məşqçilik təklif etdi
“Neftçi” futbol klubunun rəhbərliyi kapitan Zaur Tağızadəyə məşqçilik təklif edib.
Bu haqda Lent.az-a komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.
Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçi təklif üzərində düşünəcəyini bildirib. Əsədov Tağızadənin daim “Neftçi”yə sadiq olduğunu, lakin zədəyə meylliliyinin komandanın əsas heyət üzvünə çevrilməsinə imkan vermədiyini açıqlayıb: “Zaur vaxtilə digər klublardan sərfəli təkliflər almasına baxmayaraq, “Neftçi”nin şərəfini hər şeydən üstün tutub. İndi isə istəməzdim ki, o, ehtiyatda qalsın. Ona görə də Tağızadəyə əsas komandada məşqçi kimi çalışmasını təklif etdim. Zaur da “fikirləşərəm” dedi”.
Qeyd edək ki, Zaur Tağızadə 2004-cü ildən “Neftçi”yə məxsus futbolçu kimi çıxış edir.
Elşən Məmmədov

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04