Daha bir futbolçu “Neftçi”dən kənarlaşdırıldı
Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyev uzun müddətdir çıxış etdiyi “Neftçi” klubundan kənarlaşdırılıb.
Bu haqda Lent.az-a 31 yaşlı hücumçunun özü məlumat verib.
Əliyevin sözlərinə görə, flaqmanın baş məşqçisi Arif Əsədov heyətdə gəncləşdirmə apardığını səbəb göstərərək, ona növbəti mövsümdə ehtiyac duymadığını bildirib. Nəticədə futbolçuya azad agent statusu verilib. Təcrübəli forvard rəhbərliyin qərarına hörmətlə yanaşdığını söyləyib: “Tez-tez aldığım zədələr “Neftçi”nin əsas heyət üzvünə çevrilməyimə imkan vermədi. Ona görə də komandadan kənarlaşdırıldım”.
Əliyev hələlik heç bir klubdan təklif almadığını da əlavə edib.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov da Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, Samir Əliyevə gələcək karyerasında uğurlar arzulayıb: “Samir təcrübəli futbolçudur. “Neftçi”də ehtiyatda qalmaqdansa, əsas heyətdə çıxış edə biləcəyi klubda oynasa, yaxşı olardı. Ona gələcək karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Samir Əliyev 2009-2010-cu il mövsümü başa çatdıqdan sonra “Neftçi”dən uzaqlaşdırılan 10-cu futbolçudur. Bunadək flaqman 9 legionerlə yollarını ayırıb.

560