Dünya Kubokunda daha bir medal!
Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsində bu gün 1000 metr məsafəyə yürüşlərin qalib və mükafatçıları müəyyənləşib.
Lent.az-ın məlumatına görə, Azərbaycanı kanoe növündə təmsil edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti daha bir medal qazanıb.
Onlar 1000 metr məsafəni 3 dəqiqə 35 saniyə 133 mikrosaniyəyə qət edərək, gümüş medala sahib olublar.
Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yarışın ilk günündə 200 metr məsafəyə yürüşdə də gümüş medal qazanıb. Kanoeçilərimiz 3-cü medalı iyunun 6-da keçiriləcək 500 metr yürüşdə əldə edə bilərlər. Bu məsafəyə yürüşdə daha bir kanoeçimiz Andrey Kraytor qüvvəsini sınayacaq. Kraytor 1 nəfərlik qayıqda çıxış edəcək.

527