Dünya çempionatında indiyədək 800 min vuvuzela satılıb
18 iyun 2010 10:30 (UTC +04:00)

Dünya çempionatında indiyədək 800 min vuvuzela satılıb

Onların birinin qiyməti 3 – 5 avrodur
Cənubi Afrika Respublikasının plastik vuvuzelalar istehsal edən kiçik şirkətinin dövriyyəsi 5 milyon avrodan çoxdur. Lent.az-ın “Bild” jurnalına istinadən verdiyi məlumata görə, dünya çempionatı vaxtı bu şirkət həmin musiqi alətindən 800 minini satıb.

Vuvuzela istehsal edən firmada cəmi 6 əməkdaş və 9 dəzgah çalışır. Onlar hər gün 3 – 5 avro dəyəri olan 8,5 min vuvuzela istehsal edirlər.

Şirkətin sahibi Neyla van Şelvik deyib: “Biz birinci il cəmi min ədəd vuvuzela satdıq. Lakin dünya çempionatı vaxtı artıq 800 min belə alətin satışına nail olmuşuq”.

“Təyyarə uçuşuna bənzər səsi ilə bütün dünyanı az qala kar edən aləti satmağa vicdanınız necə yol verir” sualını van Şelvik belə cavablandırıb: “Bunlar Afrikada futbol səsidir və artıq ənənəyə çevrilib. Biz bununla fəxr edirik. Burada insanlar futbola sevgisini belə nümayiş etdirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar