Dünya çempionatı: Almaniya uduzdu
Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında D qrupunda II tura start verilib.
Lent.az-ın məlumatına görə, Port Elizabet şəhərindəki “Nelson Mandela Bay” stadionunda baş tutan matçda Almaniya və Serbiya yığmaları üz-üzə gəlib.
İlk turda Almaniya Avstraliyanı 4:0 hesabı ilə darmadağın etdiyindən, Serbiya isə Qanaya 0:1 hesabı ilə uduzduğundan, daha bir qələbə Bundestimi 1/8 finala çıxara bilərdi. Bu halda Serbiya növbəti mərhələ şanslarından faktiki məhrum olacaqdı.
Amma oyun Almaniyanın məğlubiyyəti ilə nəticələnib – 0:1. 37-ci dəqiqədə Bundestim azlıqda qalıb. Miroslav Kloze rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün ispaniyalı baş hakim Alberto Undiano Malyenko onu meydançadan qovub. Bundan 1 dəqiqə sonra Serbiya yığmasının yarımmüdafiəçisi Milan Yovanoviç qüvvətli zərbə ilə hesabı açıb.
Baş məşqçi Yoahim Lövün komandası azlıqda qalmasına baxmayaraq, bərabərlik qolunu vurmaq üçün bir neçə hücum təşkil edib. Belə epizodların birində Nemanya Vidiç əllə oynadığı üçün Almaniya millisi penalti qazanıb. Lakin 61-ci dəqiqədə Lukas Podolskinin yerinə yetirdiyi zərbəni Serbiya yığmasının qapıçısı Vladimir Stoykoviç qaytarıb.
Qalan dəqiqələrdə də hesab dəyişməyib. Beləliklə, 1:0 hesabı ilə qalib gələn Serbiya Almaniya və Qana ilə birgə 3 xal toplayıb. Amma Qana yığması saat 19:00-da başlanacaq görüşdə Avstraliyaya qalib gəlsə, vahid liderə çevriləcək. Bu oyun Rustenburq şəhərindəki “Royal Bafokenq” stadionunda baş tutacaq. Qarşılaşmanı italiyalı referi Roberto Rozetti idarə edəcək.

603