Arda Turan “Atletiko”nun rəsmi təklifindən imtina etdi
Lent.az-ın məlumatına görə, bu haqda “Qalatasaray”ın rəsmi saytı açıqlama yayıb.
Məlumatda bildirilir ki, “Atletiko” Ardanı transfer hüququ ilə birgə satın almaq üçün yazılı formada müraciət edib. Lakin 23 yaşlı yarımmüdafiəçi “Qalatasaray”da qalmaq istədiyini bildirib. Buna görə də “Cim-Bom” rəhbərliyi Madrid klubunun təklifini rədd edib: “2010-2011-ci il mövsümü üçün kapitanımız Arda Turanla həm texniki, həm idarəetmə, həm də mənəvi anlamda yollarımızı ayırmaq kimi bir düşüncəmiz olmadığı üçün transferin son günündə aldığımız təklifi qəbul etmədiyimizi idman ictimaiyyəti ilə paylaşırıq. “Qalatasaray” klubunun rəhbərliyi ilə eyni fikirdə olan kapitanımız Arda Turan “Qalatasaray”lılığını və “Qalatasaray”lı əqidəsini bir daha təsdiqləyərək, maddi-mənəvi klubunun və rənglərinin xidmətində olduğunu göstərib və bu qərarımızın yanında olub.”
Qeyd edək ki, Arda Turan 2007-ci ildən “Qalatasaray”da çıxış edir.

801