Robinyo “Milan”da
Lent.az-ın “rossonyerlər”in rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb.
Lakin sövdələşmənin maliyyə tərəfləri açıqlanmır. Robinyo “Mançester Siti”yə 2008-ci ilin yayında İspaniyanın “Real” klubundan keçib. Həmin vaxt “şəhərlilər” İngiltərə Premyer Liqası üçün rekord məbləğdə vəsaitə - 32,5 milyon funt sterlinqə bu transferi reallaşdırıblar. Lakin “sambaçı” Mançester təmsilçisinin heyətində möhkəmlənə bilmədiyi üçün bu ilin yanvarında Braziliya “Santos”una icarəyə verilib.
Robinyo ilə bir neçə klub, o cümlədən, “Fənərbağça” (Türkiyə) və “Barselona” (İspaniya) da maraqlanırdı. Amma sonucda futbolçu “Fənər”dən, “Barsa” isə futbolçudan imtina edib.
Qeyd edək ki, “Milan” yay transfer dövründə İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç və 2010-cu il dünya çempionatının “tapıntı”sı, Qana millisinin yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə də anlaşıb. Hər iki oyunçu “qara-qırmızılar”ın heyətində icarə əsasında çıxış edəcək.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39