Bizimkilər erməniləri biabır elədi
Gürcüstanın azərbaycanlı yeniyetmələrindən ibarət “Qarayazı” futbol komandası “Qafqaz Kuboku-2010” mini futbol yarışının qalibi olub. Lent.az-ın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 23-də Tiflisdə keçirilən yarışın final oyununda “Qarayazı” komandası erməni yeniyetmələrindən ibarət komandaya 3:0 hesabı ilə qalib gəlib. Yarış çərçivəsində “Qarayazı” futbol komandası abxaz yeniyetmələrlə görüşdə 6:4, gürcü yeniyetmələri ilə isə 11:1 hesabı ilə qələbəyə nail olub.
Turnir başa çatdıqdan sonra “ən yaxşı hücumçu” nominasiyasının qalibi “Qarayazı” futbol komandasının hücumçusu Rəşad Rüstəmov elan olunub.
“Qarayazı” futbol komandası Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və dəstəyi ilə formalaşdırılıb. Komandanın məşqçisi Tural Məmmədovdur.
GAK sədri Əli Babayev “Qarayazı” futbol komandasının qələbəsini yüksək qiymətləndirib. “Konqres final oyununda azərbaycanlı yeniyetmələrin qələbə qazanacağına inanırdı. “Qarayazı” komandası yarış çərçivəsində keçirilən bütün oyunlara böyük məsuliyyətlə yanaşıb ciddi hazırlaşırdı” – deyə, o bildirib.
Xatırladaq ki, 21-23 may tarixində Tiflisdə yeniyetmələr arasında “Qafqaz Kuboku-2010” futbol yarışı keçirilib. Turnir Gənc Qafqazlıların Beynəlxalq Birliyi tərəfindən şəhər meriyası və Gürcüstanın İdman və Gənclərlə İş üzrə Departamentinin himayəsi ilə təşkil olunmuşdu. İlk dəfə keçirilən turnirdə futbol komandalarının yeniyetmə oyunçuları Gürcüstanda yaşayan milli azlıqların nümayəndələrindən ibarət idi. Çempionatda 12 futbol komandası iştirak edirdi.

512