“İnter”in qələbəsi “Real”a 3 milyon avro qazandıracaq
22 may 2010 10:30 (UTC +04:00)

“İnter”in qələbəsi “Real”a 3 milyon avro qazandıracaq

Futbol üzrə Çempionlar Liqasının final matçında Almaniya “Bavariya”sı üzərində qələbə təqdirində, İtaliya “İnter”i İspaniyanın “Real” klubuna 3 milyon avro ödəyəcək.


Lent.az-ın məlumatına görə, bu, heç də oyunun Madrid komandasına məxsus “Santyaqo Bernabeu” stadionunda keçirilməsi ilə əlaqədar deyil. Sadəcə, səbəbkar ötən il “kral klubu”ndan “İnter”ə transfer olunan Uesli Sneyderdir. Keçid şərtlərindən biri bu olub ki, hollandiyalı yarımmüdafiəçi “neradzurri” ilə Çempionlar Liqasını qazanarsa, İtaliya çempionu “Real”a bu məbləğdə kompensasiya ödəməlidir. Lakin baş məşqçi Joze Mourinyo “İnter”dən “kral klubu”na keçəcəyi təqdirdə, 3 milyon avro kompensasiya müqavilənin vaxtından əvvəl pozulması səbəbindən silinəcək.

Başqa bir məlumatda isə bildirilir ki, Mourinyo “İnter”lə Çempionlar Liqasını qazanacağı halda, heç bir razılıq almadan “Real”a keçəcək. Bu maddənin portuqaliyalı mütəxəssislə “İnter” arasındakı müqavilədə əksini tapdığı qeyd olunur.

Qeyd edək ki, “Bavariya” – “İnter” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar