Ağasəlim Mircavadov: “Xəzər Lənkəran”ı silkələyəcək oyunçumuz yoxdur” – MÜSAHİBƏ
“Yerli futbolçu almağa imkanım olmadı”
“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Ağasəlim Mircavadovun Lent.az-a müsahibəsi
- Məşqlərinizin gərgin şəraitdə keçdiyi diqqətdən yayınmır. Ümumiyyətlə, mayın 23-də “Bakı” ilə oynayacağınız Azərbaycan Kubokunun final qarşılaşmasına hazırlıq necə gedir?
- Gərgin deyəndə ki, bizdə bütün məşqlər belə keçir. İlboyu elə bu cür də işləmişik. Gərginlik olduqda iş getməz. Həvəsli, istəkliyik. Bir də ki, borcluyuq biz... Azarkeşlərimizə borcluyuq. Bunu özləri də bilirlər. O səhvi ki biz etdik, Lənkəranda “Bakı” ilə çempionatın son tur matçında... Bakıda səhv etmək istəmirik.
- Hansı səhvi buraxdınız? Oyunun taleyini bir qol həll etdi. Onu da “Bakı” vurdu. Halbuki həmin qolu “Xəzər Lənkəran” da vura bilərdi...
- Mən sizinlə razıyam. Adi oyun idi. Sadəcə, mən məsələyə oyunun gedişi nöqteyi-nəzərindən yanaşıram. Qol buraxanadək üstünlüyümüz böyük idi. Məsələ “Bakı”nın vurduğu qolda deyil. Sadəcə, həmin qoldan sonra oyunda dönüş yaradılmalı idi. Dönüşü isə komandanın liderləri etməli idi. Təəssüf ki, bu, alınmadı.
- Komandanızın liderləri kimlərdir?
- Hamısı. Mən bütün oyunçularımızı lider sayıram.
- Amma bəzi məşqçilər komandasında lider futbolçunun olmasını istəmirlər. Yalnız özlərini lider görürlər...
- Lider o demək deyil ki, ötürmə verir, qol vurur. Lider ilk növbədə oyunu, sonra isə meydançada komanda yoldaşına köməyi ilə fərqlənməlidir. Öyrətməklə yox, söz deməklə, futbol işarələri ilə. Bir də ki oyun getməyəndə meydançada komandanı silkələmək lazımdır. Bu halda qapıçısız 5-10 dəqiqə böyük “kvadrat” oynayırıq ki, komanda özünə gəlsin. Sonra isə hücuma keçirik. Bu zaman hər mövqedə olan liderlər öz sözlərini deməlidirlər. Həm öz oyunu, həm də digərlərini yönləndirməsi ilə. Hansı məşqçi yalnız özünü lider sayırsa, öz işidir. Mən buna qarışa bilmərəm.
- Deyəsən, oyunlarınız zamanı bu funksiyanı daha çox qapıçınız Kamran Ağayev yerinə yetirir...
- Qapıçı öz oyunu ilə lider ola bilər. Lakin görüş zamanı lider meydan oyunçusu olur. Əsasən, yarımmüdafiəçi və ya hücumçu. Bu da onların komandanı silkələmək imkanının daha çox olması ilə əlaqədardır.
- Elə isə komandanızı silkələyə biləcək oyunçunuz var?
- Xeyr. Mən bunu sizə açıq deyə bilərəm. İndi bizdə belə oyunçu yoxdur. İki il öncə “Xəzər Lənkəran”da işlədiyim vaxt var idi.
- Kimlər?
- Yerli oyunçular idi. Ümumiyyətlə, komandada yerli oyunçuların olması komandaya çox üstünlük verir.
- Bəlkə də ilk dəfədir ki, Siz daha çox legionerlə işləyirsiniz...
- Məndə yerli futbolçu almağa imkan olmadı. Çünki komandaya gec gəldim. İstədiyim yerli oyunçuların isə həmin vaxt öz komandaları ilə müqavilələri var idi. Çalışırıq ki, yerli oyunçumuz çox olsun.
- Bəs qış transfer dövründə yerli futbolçu ala bilməzdiniz?
- Xeyr. Yenə hamısının müqaviləsi vardı. Azərbaycanda müqaviləsi olan futbolçunu alana pis baxırlar. Bu, klublar arasında narazılığa səbəb olur. Ona görə də mən bu barədə bir qədər həssasam.
- Son zamanlar klublar özlərinə lazım olan futbolçu ilə bir ildən çox müddətə müqavilə bağlamağa üstünlük verir. Bu halda müqaviləsi başa çatan oyunçunu necə tapa bilərsiniz?
- Uzunmüddətli müqavilə bağlama praktikası çoxdan olmalı idi. İndi bütün aparıcı klublarımız buna üstünlük verir. Məsələn, biz qapıçımız Kamran Ağayevlə müqaviləni daha 2 il müddətinə uzatdıq. Çünki Ağayevin mövcud müqaviləsinin müddəti bitmək üzrə idi.
- Daha hansı futbolçularınızla müqaviləni uzatmaq fikrindəsiniz?
- Belə oyunçularımız var. Çoxu ilə yeni anlaşma əldə edilib. Məndən əvvəl çoxu ilə 2 illik müqavilə bağlamışdılar. Hələ onların 1 ili arxada qalıb. Çalışırıq ki, müqavilə müddəti 2-3 il olsun.
- Niyə?
- Birincisi, futbolçu sakit olur. Yalnız öz oyununa fikir verir. İkincisi, məşqçi və klub rəhbərliyi sakit olur ki, hansısa mövqeyə oyunçu axtarmırlar. Birdən-birə 5-6 mövqeyə oyunçunu alıb doldurmaq həddən artıq ağır olur. Azərbaycanda 2-3 ildir ki, oyunçularla uzunmüddətli müqavilələr bağlayırlar. Bu da alqışlanmalıdır. Amma əvvəllər futbolçu hansı klubun maliyyə vəziyyəti yaxşı idisə, bir ildən sonra ora keçirdi. İndi isə klubların çoxunun maddi durumu qaneedicidir, normaldır.
- Artıq növbəti mövsüm üçün ilk transferinizi reallaşdırmısınız. Vurğun Hüseynovla anlaşmağınız kursu daxili bazara yönəltməyiniz anlamına gəlmir?
- Mən əvvəlcədən də yerli futbolçularla işləməyə üstünlük vermişəm. “Neftçi”də çalışdığım vaxt da, çempion olduğumuz dövrlərdə də 3-4 legionerimiz vardı. “Xəzər Lənkəran”ın baş məşqçisi kimi çempion olanda, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nda çıxış edəndə heyətimizdə 4 legioner çıxış edirdi. Qalanları yerli idi. Əfsusn ki, həmin yerli futbolçular çıxıb getdilər. Açığı, mən 19-20 yaşlı yerli qapıçı istəyirəm. Amma yoxdur. Deyərdim ki, təkcə “Xəzər Lənkəran”da deyil, digər klublarımızda və yığma komandalarımızda yerli qapıçıya böyük ehtiyac olacaq.
- Axı Dmitri Kramarenko kimi təcrübəli ehtiyat qapıçınız var...
- Kramarenko həmişə qapıda dayanmayacaq. Onun indi 35-36 yaşı var. Mən gənc qapıçılardan danışıram. “Xəzər Lənkəran” və “Qarabağ” istisna olmaqla, iddialı klublarımızın hamısında qapını əcnəbilər qoruyurlar. Bu da son nəticədə yığmamıza təsirsiz ötüşməyəcək. Elə “Bakı” ilə çempionat matçımızda Kamran Ağayev cəzalı olduğundan, Dmitri Kramarenko əsas heyətdə yer aldı. Ehtiyat qapıçılarımız isə zədəli idilər. Məcbur olub aşağı yaş qrupumuzdan 16-17 yaşlı qapıçı götürdük. Yəni, gələcəkdə yerli qapıçılara böyük ehtiyac olacaq. Bunu indidən fikirləşmək lazımdır.
- Bəs hücumçu problemini necə həll edəcəksiniz?
- Doğrudan da bizə hücumçu lazımdır.
- O da yerli olacaq?
- Görək də... Fikrimiz var. Amma indi bütün diqqətimizi ölkə kubokunun finalına yönəltmişik. Fikrimiz dağınıq olmasın deyə, yalnız qarşıdakı oyuna köklənmişik. Yeni oyunçu transferlərinə isə mayın 23-dən sonra aydınlıq gələcək.
- Çempionatın bombardiri Fərid Quliyevlə bağlı variantınız var?
- Fərid Quliyevi yaxşı tanıyıram. Sağlıq olsun. Söhbət təkcə Fəriddən getmir. Variantlar çoxdur. Mən o yerli oyunçu ilə işləməyə razılaşaram ki, özü “Xəzər Lənkəran”da oynamağa istəkli olsun. Məsələn, Kamran Ağayev öz istəyilə komandamıza gəldi. İndi maşallah! Hələ mən onun oyunundan çox razı deyiləm. Kamranın potensialı, gücü Avropanın yaxşı klublarında oynamağa yetər. Özü də bilir ki, qitənin güclü komandalarında çıxış etmək üçün zəif cəhətlərini tez aradan qaldırmalıdır.
- Fikirlərinizdən belə başa düşmək olarmı ki, mövsüm başa çatdıqdan sonra daha çox legionerlərinizlə vidalaşacaqsınız?
- (gülür) Mən bütün oyunçulara eyni gözlə baxıram. Mövsüm başa çatsın, müəyyən planlar var. Sağlıq olsun. İndi isə həm yerli, həm də əcnəbi futbolçuların diqqəti mayın 23-də keçirəcəyimiz final matçına yönəlib.
- “Bakı”ya uduzaraq, çempionluğu əldən verdiyiniz oyundan sonra “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov sonadək Ağasəlim Mircavadovla əməkdaşlıq edəcəyini dedi. Amma Siz özünüz “apasport.az” saytına açıqlamanızda final matçının komandadakı taleyinizə təsir edə biləcəyini bildirmisiniz...
- Bəli, finaldakı uğursuz nəticə “Xəzər Lənkəran”dakı karyerama təsir edə bilər. Sağ olsunlar, həm Mübariz Mənsimovdan, həm də klubumuzun prezidenti Mais Mənsimovdan razıyam. İnanın mənə, o insanlar futbolun inkişafında böyük rol oynayırlar. Amma bu, futboldur. Hər şeyin bir sonu var. Mən yaxşı anlayıram ki, bu mövsüm titul qazanmalıyıq. Titul olmasa, özüm qalıb işləməyi istəmərəm. Bu, məndə ürək ağrısı yarada bilər.
- “Bakı” ilə oyun öncəsi itkiləriniz var?
- İneman və Juninyo zədəlidirlər. Qalan futbolçularımız oyuna hazırdırlar.
- Rəqib həmkarınız Cüneyt Biçər kuboka çox iddialı olduqlarını bildirir...
- Bu, təbiidir. Finala hansı komanda vəsiqə qazanırsa, iddialı olur.
- Rəqibin oyununu təhlil etmisiniz?
- Əlbəttə. Oyunçularımla birgə təhlil etmişəm. Ümumiyyətlə, Azərbaycan klublarında heç bir sirr yoxdur. Çünki bir-birimizi yaxşı tanıyırıq.
- “Bakı” ilə çempionat oyunundan sonra mobil telefonunuzu yerə çırpmısınız. Yenisini almamısınız?
- Xeyr. Telefonsuzam.
- Almayacaqsınız?
- Yox! Telefon əlavə başağrısı deməkdir.
- Birdən Sizi axtaran olsa...
- Atalar məsəli var: “Axtaran tapar”. Bax, siz mənimlə müsahibə götürmək üçün “Xəzər Lənkəran”ın məşqinə gəlmisiniz.
Elşən Məmmədov

686