“Qalatasaray” satıldı
21 may 2010 11:00 (UTC +04:00)

“Qalatasaray” satıldı

Bunun üçün 245 milyon lirə ödəyən şirkət klubun borclarını da silib

Türkiyənin “Qalatasaray” klubu və Futbol Akademiyası “Sportif” Anonim Şirkətinə 245 milyon 200 min türk lirəsi qarşılığında satılıb.


Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, “Qalatasaray Sportif AŞ”, “Galaxy Management”, “ATA Beynəlxalq Müstəqil Denetim və SMM AŞ” ilə “Qalatasaray” Futbol AŞ arasında mayın 14-də imzalanan protokol mayın 17-dən qüvvəyə minib.


Beləliklə, Futbol AŞ-nin bütün haqları və borcları “Sportif AŞ”yə keçib. Birləşmə nəticəsində “Qalatasaray”ın uzun müddətdir, ən böyük problemlərindən olan “Futbol AŞ”nin borcu da ortadan qaldırılıb.

Satış əməliyyatı iyunun 8-də reallaşdırılacaq İdarə Heyətinin növbədənkənar toplantısı ilə qərara bağlanacaq.


“Qalatasaray” birləşməsi ilə əlaqədar bundan sonra Sərmayə Birjası Qurumu qaydalarına əsasən, başda transfer olmaqla, bütün fəaliyyətlərini ictimaiyyətə açıqlayacaq. Bununla əlaqədar, klub Sərdar Özkan və Mehmet Batdalın transferləri haqqında ətraflı açıqlama verib. Sərdara ilk ilində 950 min TL təminat pulu və hər matç üçün 12 min TL ödənəcək. Mehmetə isə 750 min TL təminat pulu və hər matç üçün 8 min TL veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar