“Xəzər Lənkəran” ilk transferini reallaşdırdı - EKSKLÜZİV
“Xəzər Lənkəran” futbol klubu 2010-2011-ci il mövsümü üçün ilk transferini reallaşdırıb.
Lent.az-ın məlumatına görə, Lənkəran təmsilçisi 2009-2010-cu il mövsümünü icarə əsasında “Qəbələ”də keçirmiş “Turan”ın oyunçusu Vurğun Hüseynovla anlaşıb.
Xəbəri klubun vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləyib. O, 21 yaşlı müdafiəçi ilə danışıqların artıq yekunlaşmaq üzrə olduğunu bildirib: “Demək olar ki, məsələ 99 faiz həllini tapıb”.
Nadirov müqavilənin ən azı ilyarım müddətinə bağlanacağını bildirib. Gənc futbolçu
“Xəzər Lənkəran”a Avropa Liqası matçlarında kömək edə biləcək.
Qeyd edək ki, cari mövsümdə “Qəbələ”nin heyətində uğurlu çıxışı ilə diqqət çəkən Vurğun Hüseynov artıq Azərbaycan milli komandasına da cəlb olunub.
Elşən Məmmədov

576