Cüneyt Biçər: “Ən iddialı insanlardan biriyəm” - MÜSAHİBƏ
“Bakı” futbol klubunun baş məşqçisi Cüneyt Biçərin Lent.az-a müsahibəsi
- Mayın 23-də “Xəzər Lənkəran”la keçirəcəyiniz Azərbaycan Kubokunun final matçına hazırlıq necə gedir?
- Hazırda oyun öncəsi məşqlər keçiririk. Komandamın vəziyyəti yaxşıdır, əhval-ruhiyyə qaydasındadır. Mövsümün sonuna bir oyun qalır. Final matçının yaxşı keçməsi üçün çalışırıq. İstəyirik ki, mövsümü gözəl sonluqla başa vuraq.
- Unibank Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la qarşılaşdınız. Ölkə kubokunun finalında da eyni rəqiblə görüşəcəksiniz. Bir komandaya qarşı ardıcıl 2 oyun keçirmək “Bakı”ya necə təsir göstərə bilər?
- Mövsümün sonunda artıq hər kəs bir-birini yaxından tanıyır. Necə etdiyini və nə etməli olduğunu yaxşı bilir. Amma bir məqam da var: Bu, kubokun final matçıdır. Əvvəl keçirdiyimiz ardıcıl oyunlardan fərqli oyundur. Kubokun taleyi məhz bu oyundan asılıdır. Zövqlü, fərqli, çətin qarşılaşma olacaq. Komandanı da müsbət istiqamətdə hazırlayıb, bunun üçün hərəkət etməyimiz lazımdır. Bu məsələdə də bir problemimiz yoxdur.
- Ard-arda iki oyunu “İnter”lə də keçirmisiniz. Bu klubu ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə yensəniz də, Unibank Premyer Liqası matçında heç-heçə etdiniz. Yəni ardıcıl iki qələbə qazana bilmədiniz. Eyni halın təkrarlanmasından ehtiyatlanmırsınız?
- “İnter”lə keçirdiyimiz yarımfinal mərhələsinin cavab oyununda qələbə qazanmasaydıq, finala çıxa bilməyəcəkdik. Unibank Premyer Liqasında isə “İnter”dən xal ala bilməsəydik, çempionluq şansımız qalmayacaqdı. Məncə, bunları final oyunu ilə bir arada tutmaq olmaz. Statistik baxımdan, “İnter” və “Xəzər Lənkəran”la ard-arda iki oyunumuz müqayisəyəgəlməzdir. Ona görə də “Xəzər Lənkəran” üzərində ard-arda iki qələbə niyə gəlməsin?
- Yəni, “Xəzər Lənkəran”ı çempionatın son turunda yenməyiniz komandada bir arxayınçılıq yaratmayıb?
- Artıq çempionat yekunlaşıb. “Bakı” ikinci yeri tutub. Bundan sonra mövsümü başa vurmaq üçün cəmi bir matç keçirməliyik. Amma bu matç çox məsuliyyətlidir. Kubokun final oyunudur. Belə bir məqamda futbolçunun arxayın ola biləcəyini düşünmək olarmı? Açığı, mən düşünmürəm. Kiminlə oynamasından asılı olmayaraq, heç bir futbolçumun final qarşılaşmasına arxayın çıxacağını fikrimdən keçirmirəm.
- Bu mövsüm nə “Bakı”, nə də “Xəzər Lənkəran” çempion ola bilib. Bununla belə, “Bakı” Unibank Premyer Liqasını “Xəzər Lənkəran”dan iki pillə öndə başa vurub. Tutduğunuz mövqelərə əsasən, kubok şanslarınızı müqayisə etmək olar?
- Bu gün mən Azərbaycan Kubokunu qazanmaq üçün ən iddialı insanlardan biriyəm. Kubokun finalı mövsümün son oyunudur. Məndən iddialı kimsə ola bilməz. Lakin məsələyə rəqib həmkarım Ağasəlim Mircavadovun mövqeyindən yanaşsanız, ondan iddialısı yoxdur. Bu səbəbdən, hər kəs bərabər şərtlərdə iddialıdır. Mən iddialıyam və kuboku qazanmaq üçün komandamla bərabər əlimdən gələn hər şeyi edəcəyəm.
- İki ay öncə “Bakı”ya baş məşqçi təyin olunmağınız göstərdiyiniz nəticələr qədər gözlənilməz oldu. Bu baxımdan, cəmi iki ay ərzində kuboku qazanmağınız klub rəhbərliyi tərəfindən qəhrəmanlıq kimi qəbul oluna bilər?
- Təbii ki, qazanacağımız bir kubok bizim aktivimizə yazılacaq. Amma komandanın sükanı arxasına gətirildiyimiz gündən ən yaxşı işləri görməyə çalışırıq. Məncə, şanssız olaraq, çempionatda ikinci yeri tutduq. Bununla belə, kubok əldə etməyi qəhrəmanlıq kimi qəbul etməmək lazımdır. Futbol kollektiv oyundur. Kuboku qazanmağımız oyunçularla bərabər əldə edəcəyimiz uğur sayılacaq. Bu uğurda isə təbii ki, bizim payımız olacaq.
- Kuboku qazanmaqla həm də “Bakı”nın baş məşqçisi kimi gələn mövsüm də fəaliyyətinizi davam etdirəcəyinizə təminat ala bilərsiniz...
- Sözsüz ki, komandada qalmağı istərdim. Niyə də istəməyim? Amma bunun kuboku qazanmaqla bağlılığının olub-olmadığının qərarını mən verə bilmərəm. Bu məsələ klubun idarə heyəti və prezidentimiz Hafiz Məmmədovun səlahiyyətindədir. Məncə, komandada qalmağım kuboku qazanıb-qazanmamağımızla əlaqəli deyil.
- Bu haqda Sizə bir söz deyilməyib?
- Xeyr. İndiki məqamda buna ehtiyac yoxdur. Çünki qarşıda çox önəmli matçımız var.
- Final oyunu öncəsi hər hansı itkiniz var?
- Vadim Borets və Kürşat Duymuşun müəyyən zədələri var. Kürşatın oyunadək sağalıb-sağalmayacağı bilinmir. Amma qırmızı vərəqə cəzalısı olduğu üçün Boretsin oynamayacağı dəqiqdir.
- Adətən, qalib heyəti dəyişmirlər...
- Amma biz məcburən dəyişəcəyik. Çünki Borets yoxdur (gülür).
- Yalnız onu?
- Bu, bəlli deyil. Hələ oyunadək 3 günümüz var. Həmin vaxtadək nələrin baş verəcəyini bilmirik. Amma məcburi dəyişiklik edəcəyimiz yeganə futbolçu Boretsdir. Digərləri haqda isə indi bir söz deyə bilmərəm. Çünki qarşıda 3 məşqimiz var. Bu məşqlərin nələri göstərəcəyi hələ bilinmir.
Elşən Məmmədov

1019