Hakim ölən futbolçuya sarı vərəqə göstərdi
Xorvatiyanın aşağı liqasında keçirilən “Mladost” – “Xrvatski Sokol” matçında hakim ölən futbolçuya sarı vərəqə göstərib. Lent.az-ın “Eurosport”a istinadən verdiyi məlumata görə, görüşün 35-ci dəqiqəsində “Mladost”un müdafiəçisi Qoran Tunyiçin halı pisləşib.
32 yaşlı oyunçunun ürəyi tutub. Hakim isə əvvəlcə ona inanmayıb. “Ədalət təmsilçisi” Tunyiçin yerə sərilməsini simulyasiya kimi dəyərləndirərək, futbolçuya sarı vərəqə göstərib. Lakin tezliklə vəziyyətin ciddiliyindən xəbər tutan hakim meydançaya həkimləri çağırıb. Həkimlərin cəhdlərinə baxmayaraq, Tunyiç təcili yardım maşını ilə xəstəxanaya aparılarkən, yolda keçinib.
“Madost” klubunun rəsmiləri əvvəllər Qoran Tunyiçin səhhətində problem hiss etmədiklərini bildiriblər.

719