Azərbaycan Kubokunda “Bakı” – “Xəzər Lənkəran” finalı
05 may 2010 10:00 (UTC +04:00)

Azərbaycan Kubokunda “Bakı” – “Xəzər Lənkəran” finalı

Futbol üzrə Azərbaycan Kubokunun finalında “Bakı” klubunun rəqibi “Xəzər Lənkəran” olacaq.

Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” bu gün keçirilən yarımfinal mərhələsinin cavab görüşündə “Olimpik-Şüvəlan”ı məğlub edib – 2:1.


“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” - ilk topu 6-cı dəqiqədə Allan Lalin vurub. 76-cı dəqiqədə Mirko Bunyevçeviç hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Mario Souza “Xəzər Lənkəran”ın ikinci qolunu vurub. Matç bu hesabla başa çatıb.


İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, “Xəzər Lənkəran” iki oyunun nəticəsində həlledici qarşılaşmaya vəsiqə qazanıb. Final matçı mayın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda “Bakı” “İnter”i mübarizədən kənarlaşdırıb: 0:1, 3:1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar