6 boksçumuz ¼ finalda
30 aprel 2010 10:15 (UTC +04:00)

6 boksçumuz ¼ finalda

Bakıda keçirilən boks üzrə gənclər arasında dünya çempionatının 5-ci günündə 1/8 final görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, mübarizəni davam etdirən 7 boksçumuzun 6-sı növbəti mərhələyə yüksəlib.

48 kq çəki dərəcəsində çıxış edən Salman Əlizadə Stefan Kaslarovu (Rumıniya) məğlub edib – 15:0. Əlizadənin ¼ finaldakı rəqibi Vadim Kirilenko (Belarus) olacaq.

51 kq çəkidə yer alan Şaban Şahpələngov Xin Yonq Xianqı (Çin) üstələyib – 6:2. Şahpələngov növbəti görüşündə Bhaskar Jerripothulanı (Hindistan) sınağa çəkəcək.

57 kq çəkidə qüvvəsini sınayan Elvin İsayev Darxan Jumsakbayev üzərində qələbə qazanıb – 13:5. İsayev ¼ finalda Nursultan Pazilovla (Qırğızıstan) vuruşacaq.

60 kq çəkidəki boksçumuz Kamran Baxşəliyev Hüseyn Karslıoğlunu (Türkiyə) məyus edib – 5:0. Baxşəliyevin növbəti sınağı Evaldas Petrauskas (Litva) ilə olacaq.

75 kq çəkidə yarışan Vətən Hüseynli Navinə (Hindistan) qalib gəlib – 11:3. Hüseynli ¼ finalda Harşa Zoltanla (Macarıstan) görüşəcək.

91 kq-dan yuxarı çəkidə çıxış edən Fərqan Ömərov Vladislav Kuptsovdan (Belarus) üstün olub – 3:2. Ömərov isə Filip Xrqoviçlə (Xorvatiya) üz-üzə gələcək.

Yalnız 69 kq çəkidə mübarizə aparan Emil Əhmədov Əhməd Mamacanova (Özbəkistan) 3:8 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

¼ final qarşılaşmaları aprelin 30-da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar